Tarixçi alim, millət vəkili Musa Qasımlı növbəti Parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürüb.
AzNews.az xəbər verir ki, o bu dəfə doğulduğu rayondan – 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən namizəd olub.
Maraqlıdır ki, həmin dairədən Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının namizəd olacağı gözlənilirdi. Partiya sədri namizədliyini hələlik rəsmən irəli sürməsə də, KİV-də o, Yardımlıdan namizəd kimi artıq təqdim edilir.
Belə çıxır ki, hazırda həmin dairədən deputat olan Xalq şairi namizəd olarsa, M.Qasımlıyla rəqabət aparmalı olacaq.