Bitərəf millət vəkili Çingiz Qənizadə parlamentə namizədliyini növbəti dəfə irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, bu gün deputat 2010-cu ildən deputat seçildiyi 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizəd olmaq üçün rəsmən müraciət edib. O, yaxın günlərdə imzatoplama kampaniyasına başlayacağını deyib.
Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyası Əmirov Ramiz Cahangir oğlunun namizədliyini irəli sürüb.