Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo kinoya çəkilə bilər.
“Qafqazinfo” xəbər verir ki, o, əfsanəvi hollivud rejissoru Martin Skorsezin qalmaqallı “Bozun əlli çaları” filmində rol almağa yaxındır.
Hazırda ikinci hissəsinin çəkilişləri gedən film üçün Ronaldo öz villasını təqdim edib. Əvəzində isə həmin kinoda bəzi epizodlarda rol almaq istədiyini bildirib. Amma hələ portuqaliyalı ulduzun bu filmdə rol alacağı dəqiqləşməyib.