Bəstəkar-müğənni Elza Seyidcahan builki parlament seçkilərində iştirak etmək üçün artıq namizədliyini irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aznews.az-a müğənni özü məlumat verib.
O bildirib ki, sənədlərini artıq Dairə Seçki Komisiyasına tədqim edib:
“Mənim bu saat başım seçicilərə qarışıb. Hazırda seçicilərimlə görüşürəm. Vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm”.
E.Seyidcahan namizədliyini irəli sürdüyü dairənin adını açıqlamayıb:
“Namizədliyim qeydə alınandan sonra dairənin də adını açıqlayacağam. Amma onu deyə bilərəm ki, namizədliyimi rayonlardan birindən irəli sürmüşəm”.