Gələn il Azərbaycanın daha 12 şəhər və rayonunda (Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadd) dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.
“Qafqazinfo” Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, həmin artımların maliyyə təminatı 2016-cı il dövlət büdcəsi layihəsində öz əksini tapıb.
Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin maddi rifahını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli 994 nömrəli sərəncamına əsasən dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb.
Bu işin tətbiqinə Bakı şəhərində başlanılıb.