Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Binəqədi gündən-günə inkişaf edir, gözəlləşir

Binəqədi gündən-günə inkişaf edir, gözəlləşir
Son illərdə Azərbaycan özünün milli iqtisadi modelinə, makroiqtisadi inkişaf tempinə görə dünya ölkələri arasında öncül yerləri tutmaqda davam edir. Bu Azərbaycanı dünyanın aparıcı maliyyə mərkəzlərinin diqqət mərkəzinə çevirmişdir. Ölkədə sosial-iqtisadi inkişafa, ekoloji təhlükəsizliyə xidmət edən qlobal infrastruktur layihələri inamla həyata keçirilir. Bu işlər təksə paytaxt Bakıda deyil, eyni zamanda Bakı ətrafı kənd və qəsəbələrdə, ölkənin digər regionlarında da eyni templə davam etdirilir. Azərbaycanın sosial-iqtisadi inkişafına verdiyi tövhələrə görə Binəqədi rayonu da özünəməxsus yer tutur. Bakının sürətlə inkişaf edən rayonu Rayonun son illərdə dinamik inkişafına təkan verən mühüm amil Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı, rayona müntəzəm səfərlər etməsi, görülən işlərə dəstək verməsidir. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı 2014 və 2015-ci illərdə Binəqədi rayonuna bir neçə dəfə səfər etmişdir ki, bu da rayonun sürətlə inkişaf etdirilməsi üçün stimul yaradır. Son bir neçə ildə Azərbaycanın bütün şəhər və rayonlarında olduğu kimi Binəqədidə də inkişaf tempi davam etdirilmiş, müasirləşməyə xidmət edən sosial, iqtisadi və ekoloji islahatlar həyata keçirilmişdir. Rayon icra hakimiyyətinin mövcud problemlərin həllinə yönələn məqsədyönlü və ardıcıl tədbirlər sistemi Binəqədinin simasını əsaslı şəkildə dəyişmişdir. Hazırda Binəqədi rayonu yeni tikililəri, müasir sosial-mədəni infrastruktur obyektləri, yaşılllığa bürünmüş park və meydanları ilə Abşeron yarmadasının göz oxşayan məkanlarından birinə çevrilməkdədir. Məlumat üçün bildirək ki, Binəqədi rayonu həm ərazisinə, həm əhalinin sayına, həm də sənaye obyektlərinin sayına görə Bakının ən böyük rayonlarından biridir. Belə ki, bu rayon əhalisinin sayına görə Xətai rayonundan sonra ikinci sırada yer alır. Maraqlı faktlardan biri də odur ki, Bakı şəhəri üzrə əhalinin 12%-i (qəsmi statistikaya görə) məhz Binəqədi rayonunda yaşayır. Onu da qeyd edək ki, bu rayonda faktiki alaraq rəsmi statistikada verilən saydan daha çox əhali yaşayır. Son illərdə Binəqədi rayonu Bakının sürətlə inkişaf edən rayonlarından birinə çevrilmişdir. Əgər statistik rəqəmlərə müraciət etsək, son illərdə rayonun dinamik inkişafının şahidi olarıq. Maraqlı faktlardan biri də odur ki, Binəqədi rayonu 2013 və 2014-cü illərdə Bakı şəhəri üzrə açılan iş yerlərinin sayına görə 1-cilər sırasında olmuşdur. Bu da əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərin artırılması istiqamətində əhəmiyyətli addım hesab edilir. Son iki ildə Bakı şəhəri üzrə açılan yeni iş yerindən təqribən 15%-i Binəqədi rayonunun payına düşür. Onu da qeyd edək ki, açılan daimi yeni iş yerlərinin demək olar hamısı sabibkarlıq sektorunun inkişafı hesabına olmuşdur. Təkcə 2014-cü ildə Binəqədi rayonunda 5.6 min yeni iş yeri açılmışdır. Elə həmin ildə işlə təmin olunmaq üçün 1.6 min nəfər vətəndaş müraciət etmişdir. İşlə bağlı müraciət edən vətəndaşların 638 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin edilmişdir. Hazırda Binəqədi rayonunda çalışanların sayı 45 minə yaxındır ki, bu da ölkə üzrə məşğul əhalinin təqribən 10%-i deməkdir. Ümumiyyətlə son illərdə Binəqədi rayonunda sosial-qitisadi göstəricilər üzrə dinamik artım müşahidə edilir. Rayon ərazisində 100-ə yaxın sənaye müəssisəsi fəaliyyət göstərir. Onlardan təqribən 32-si iri, 67-si isə kiçik müəssisələrdir. Sənaye obyektlərinin bir qismi son bir neçə ildə yaradılmışdır. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasında Binəqədi özünəməxsus yer tutur. Statistikaya müraciət etsək görərik ki, son üç ildə sənaye məhsullarının istehsalı sahəsində ciddi artım baş vermişdir. DSK-nın məlumatına görə, 2014-cü ildə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən sənaye sektorunda 227,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2013-cü illə müqayisədə 12,4 faiz çoxdur. Bu dövrdə sənayedə çalışanların sayı da 1060 nəfər artmışdır. Əgər 2013-cü ildə Binəqədi rayonunda fəaliyyət göstərən sənaye müəssisələrində 5700 nəfər çalışırdısa, 2014-cü ildə onların sayı 6.763 nəfərə yüksəlmişdir. 2014-cü ildə Binəqədi rayonunda bütün maliyyə mənbələri hesabına 48461,6 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.

Teqlər:
Bu xəbər cəmi 1235 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR