Xəbər verdiyimiz kimi, hazırda Bakı şəhəri təhsil işçilərinin ənənəvi "Sentyabr konfransı" keçirilir. "Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, konfransda yekun üçün söz Təhsil naziri Mikayıl Cabbarova verilib. Nazir təhsil sahəsində naliyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb:
"Biz bu gün ötən ilin hesabatını, təhsil sahəsi ilə birbaşa əlaqədə olan müəlliləri, valideyn və şagirləri dinlədik. Əsas vurğulamaq istədiyim məqam budur ki, təhsilin ölkədə priotet olduğunu verilən qərarlardan görürük. Artıq rəqəmlər orta göstəricilərə yaxınlaşır. Elə bir ay yoxdur ki, region və paytaxt ərazisində yeni məktəblər tikilməsin. Bu inkişaf sadəcə orta yox ali təhsil sahəsində də özünü göstərir. Aktual məsələlərdən qaçmamaq, valideynlərlə iş məsələlərinə toxunacam. Düşünürəm ki, ən mühüm göstərici son 3 ildə təhsil keyfiyyətinin artmasıdır. Sadəcə müvəffəq qiymət alanlar yox. Qəbul imtahanında 500 bal toplayanlar 5%-dən 6,7%-ə çatıb. Nəticələr daha da mükəmməl ola bilər və biz də ona çalışırlq. Hazırda imtahanlar 9-cu və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Mən istəyərdim ki, aşağı siniflərdə də bu kimi imtahanlar keçirilsin və aşağı siniflərdə şagirdlərin təhsil vəziyyətinin nə yerdə olduğunu bilək. İnanıram ki, bu yöndə layihə tərtib edilib təqdim olunacaq".
Çıxışında korrupsiyayla mübarizəni qənaətbəxş hesab etməyən nazir rüşvət hallarının bu gün də aktual olduğunu vurğulayıb: "Bizim birinci problemimiz korrupsiya, rüşvət hallarıdır. Çünki vəziyyət hələ də aktual olaraq qalır. Əsas mesajım ondan ibarətdi ki, əldə olunan nəticələr məni qane etmir. Bu məsələlərin üstünə çox düşməliyik".
***
Mikayıl Cabbarov yuxarı siniflərdə dərs davamiyyətinə də toxunub: “Son illərdə biz çox parodoksal bir vəziyyətlə rastlaşırıq. Bu ondan ibarətdir ki, valideynlər övladının daha yaxşı təhsil almasını 10-11-ci siniflərdə dərsə gəlməməsində görür. Biz buna qarşı müəyyən addımlar atmalıyıq və bu vəziyyət aradan qaldırılmalıdır. Buna görə də 55 təməlləşmə məktəbi yaradılacaq ki, onlar da sırf Təhsil Nazirliyinin sərəncamında olacaq. İnanıram ki bu təməlləşmə məktəbləri də bu halın aradan qaldırılmasında bizə kömək edəcək”.