2 Ermənistan təmsilçisi 1/32 finala vəsiqə qazanıb.
Məlum olduğu kimi, Bakıda keçirilən şahmat üzrə Dünya kubokunda 4 Ermənistan təmsilçisi iştirak edir.
“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, onlardan ikisi 1/64 final mərhələsini adlayaraq növbəti mərhələyə vəsiqə qazanıblar, daha ikisi isə 1/32 finala çıxmaq üçün mübarizəni davam etdirirlər.
Ermənistanın ən güclü şahmatçısı Levon Aronyan lüksemburqlu Mixael Videnkellerə hər iki partiyada qalib gəlib.
Onun növbəti rəqibi ukraynalı Aleksandr Areşenkodur.
İlk görüşdə amerikalı Qat Kamskiyə qalib gələn Qrant Melkumyan ikinci oyunda heç-heçə edərək növbəti mərhələyə vəsiqəni təmin edib.
Samvel Ter-Saakyan və Qabriel Sarkisyan isə müvafiq olaraq rusiyalı Nikita Vityuqov və polşalı Mateuş Bartellə hər iki oyunda bərabərliyə qalıblar.
Bu cütlüklər arasında əlavə 3-cü görüş bu gün keçiriləcək.