Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Olimpiada qalibləri universitetə imtahansız daxil ola bilərlər

Olimpiada qalibləri universitetə imtahansız daxil ola bilərlər


Azərbaycanda respublika fənn olimpiadalarının qalibi olan şagirdlər üçün gələcəkdə hansısa güzəştlər ola bilər.



“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.



Nazirlik rəsmisinin sözlərinə görə, respublika fənn olimpiadalarında qalib olan şagirdlərin sayının artırılması bu gün Təhsil Nazirliyinin hədəflərindən biridir və buna da nail olunur: “Amma təbii ki, belə şagirdlərə gələcəkdə hansısa güzəştlər ola bilər. Hazırda bu məsələ müzakirə olunur. Amma onu da nəzərə almaq lazımdır ki, olimpiada qalibi olan şagird onsuz da öz istedadı ilə seçilir, buraxılış imtahanından azad edilmə onun həyatını bir o qədər də dəyişmir”.



E.Əmrullayev bildirib ki, bəzi ölkələrdə respublika fənn olimpiadasında I yeri tutan şagirdlərin ali məktəblərə birbaşa qəbul olunma təcrübəsi var. Azərbaycanda da müəyyən qədər bu təcrübədən yararlanmaq olar: “Bır sıra ölkələrdə belə bir təcrübə var ki, fənn olimpiada qalibləri ali məktəblərə birbaşa qəbul olunurlar. Respublika olimpiadalarında I yeri tutanlar həmin fənn üzrə oxumaq istəyirlərsə, onlara belə imkan yaradılır. Müəyyən mənada bu təcrübədən yararlanmaq olar. Bu istiqamətlər üzrə hələ müəyyən işlər görülməlidir”.

Şöbə müdiri əlavə edib ki, Təhsil Nazirliyi respublika olimpiada qaliblərinin dar istiqamət üzrə hazırlanmasını da düşünür.



Onun sözlərinə görə, bu il artıq iki məktəbdə - Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Respublika Lisey və Kimya-Biologiya Təmayüllü Respublika Liseydə Olimpiadaya Hazırlıq mərkəzləri yaradılıb. Oktyabrın 31-dək Azərbaycanın müxtəlif bölgələrindən aşağı və yuxarı yaş qrupları üzrə şagirdlərin həmin mərkəzlərə qəbulu üçün seçimlərin yekunlaşdırılması nəzərdə tutulur. Oktyabrda ilk seçimlər olduqdan sonra növbəti seçimlər yanvar, daha sonra mart və yekun olaraq, may ayında olacaq: “Beləliklə, ən yaxşılar seçilərək fəndən asılı olaraq beynəlxalq olimpiadaya aparılacaq. Problem odur ki, uşaqlar regionlarda olanda onları bir yerə toplamaq çətinlik yaradır. Ancaq həmin məktəblərin yataqxanası olduğundan və uşaqlar gündə 3 dəfə yeməklə təmin edildiyindən şagirdlər müəyyən bir yerdə toplaşıb daha sistemli şəkildə olimpiadaya hazırlaşa biləcəklər”.



Beynəlxalq olimpiada qaliblərinin daha çox xaricdə təhsil proqramlarında uğurla iştirak etdiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, hazırda Təhsil Nazirliyinin əsas hədəfi beynəlxalq olimpiadada qazanılan medalların sayı və əyarıdır. Bu istiqamətdə də müsbət dinamika müşahidə edilir. Amma respublika fənn olimpiadası ilə bağlı nazirliyin hədəfi kütləvilik, yəni olimpiadaya daha çox şagirdin cəlb edilməsidir.


Teqlər:
Bu xəbər cəmi 1195 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR