Türkiyənin baş naziri Əhməd Davudoğlu yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu gün keçirilmiş səsvermədə Davudoğlu kifayət qədər səs toplayaraq yenidən sədr seçilib.
Xatırladaq ki, iyulun 9-da prezident Ərdoğan 63-cü hökuməti qurmaq səlahiyyətini AKP lideri Əhməd Davudoğluna versə də, CHP və MHP ilə məsləhətləşmələrdən sonra koalisiya hökumətini qurmaq mümkün olmayıb. Avqustun 23-də konstitusiyadakı səlahiyyətlərindən istifadə edən prezident Ərdoğan noyabrın 1-də erkən seçki keçirilməsinə dair qərar qəbul edib. Seçkiyə qədər 2 aylıq müddətdə Məclisdə təmsil edilən bütün partiyaların iştirakıyla müvəqqəti hökumətin qurulması vəzifəsi prezident tərəfindən yenə Ə. Davudoğluna verilsə də, CHP və MHP həmin hökumətə nazir verməyib. Ə. Davudoğlu AKP, HDP və müstəqil deputatlardan ibarət yeni hökumət qurub. Bu hökumətin əsas vəzifəsi ölkəni 1 noyabrdakı seçkiyə aparmaqdır.