“Hazırkı plana görə, Bakı-Sumqayıt-Bakı qatarları Bakıdan səhər saat 08:00-da və axşam saat 20:00-da Sumqayıta yola düşəcək. Sumqayıtdan isə səhər saat 09:30-da və 21:30-da Sumqayıtdan Bakıya qayıdacaq”.
“Qafqazinfo”nun report-a istinadən xəbərinə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İKT şöbəsinin rəisi Samir Qənili jurnalistlərə açıqlamasında bildirib
O qeyd edib ki, Tarif Şurasının gediş haqqına dair qərarı çıxana qədər qatarlar pulsuz hərəkət edəcəklər.
“Bakıda dəmir yolu vağzalında quraşdırılan turniketlərin sayı 22, Biləcəridə 15, Sumqayıtda 15 ədəd təşkil edir”, - S.Qənili bildirib.