"Qalatasaray"ın almaniyalı futbolçusu Lukas Podolski təqdirəlayiq addım atıb.
“Qafqazinfo” xəbər verir ki, forvard rəsmi sosial şəbəkə hesabından PKK terorçularına qarşı mübarizədə şəhid olan türkiyəli əsgərlərlə bağlı paylaşım edib.
Ulduz futbolçu Türkiyə bayrağının qarşısında əsgər salamı verərkən çəkdirdiyi şəkli paylaşıb. "Ürəyim sizinlədi, bayraq uğrunda torpağa düşən, ulu əsgər. Türk millətinin başı sağolsun" ifadəsini yazıb.