Prezident İlham Əliyev Məkkə şəhərində baş verən və 100-dən çox insanın ölümü ilə nəticələnən faciə ilə əlaqədar Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı məktubu göndərib.
“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, məktubda deyilir:
Məkkə şəhərindəki Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.