Taliban hərbiçiləri Əfqanıstanın şimal-şərqindəki Badahşan vilayətinin Ragistan mahalına hücum edib.
“Qafqazinfo” xəbər verir ki, Badahşan Təhlükəsizlik Mərkəzinin rəsmisi Lal Məhəmməd Ahmadzey açıqlamasında hücum zamanı güclü qarşıdruma baş verdiyini qeyd edib.
Toqquşma zamanı 30 terrorçu və 3 təhlükəsizlik qüvvələrənin üzvü ölüb.
Badahşan Təhlükəsizlik Komandiri Sahidad Haidar bildirib ki, təşkil edilən hava hücumu nəticəsində Taliban idarəsindəki bölgələr təkrar ələ keçirilib.
Ölənlərin sırasında iki xarici vətəndaşıın olduğu vurğulanıb.