Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

23 min manatlıq dələduzluq:"Məni döyüb, təhdid etdilər ki, şikayətimi geri götürüm"

23 min manatlıq dələduzluq:



Bakı şəhər sakini Gülnaz Səttarova Almas Qurbanova adlı bir qadın tərəfindən aldadılmasından və 23 min manat pul vəsaitinin həmin şəxs tərəfindən mənimsənilməsindən şikayətçidir.


 


Məhkəmələrdə probleminin həllinə nail ola bilmədiyini deyən Gülnaz Səttarova “Yeni Müsavat”a üz tutmaqla məsələni ictimailəşdirmək istəyir. 


 


Şikayətçi deyir ki, Qurbanova Almas Vəli qızı 2014-cü ildə  ondan 23 min manat pul alıb. O zaman G.Səttarova “Xalqlar dostluğu” ticarət mərkəzində satışla məşğul imiş. Almas Qurbanova onunla birgə işləyəcəkləri təqdirdə  biznesini genişləndirməyə söz verib və 23 min manata Türkiyədən qadın geyimləri alıb gətirəcəyinə dair vəd verib. Gülnaz Səttarova “Xalqlar dostluğu” ticarət mərkəzində öz yerinin bir hissəsini ona verib, birgə işləmək qərarına gəliblər. Qohumlarından, yaxınlarından borc pul tapıb Almas Qurbanovaya verib, lakin bir müddət keçdikdən sonra G.Səttarova aldadıldığını bilir. 


 


Şikayətçi başına gələnləri belə danışır:  “2014-cü ilin may ayından noyabr ayına kimi Almas Qurbanovaya hisə-hissə ümumilikdə 23 min manat verdim. Almas Qurbanovanın oğluna isə ayrı-ayrılıqda müxtəlif vaxtlarda 2500 manat  və 1400 manat vermişəm. 19700 manat isə Almas Qurbanovaya verdim. Məni inandırmaq üçün qızıl və 100 sot-a yaxın torpaq sənədi girov qoymuşdu. Mənə dedi ki, narahat olma, sənin pulunu mənimsəmərəm. Oğlu Şaiq Qurbanov Suraxanıda polis əməkdaşı işləyir. Gəlib mənimlə görüşdü, dedi ki, rütbəmə 20 min manat pul vermişəm, bu pula görə vəzifəmi itirə bilmərəm: “Sənin pulunu verəcəyik. İşimiz alınmır, ona görə də qalıb. Füzuli rayonunda evim var, onu satmağa gedirəm. Məndə olan qızılları, torpaqların sənədlərini də aldı, dedi ki, aparım lombardda aparım, sənin pulunu verim. Mən də inandım, qızılları verdim”.


Şikayətçi deyir ki, Almas Qurbanovanın dələduz olması ağlına gəlməzdi: “Almas Qurbanova məni inandırmaq üçün öz evinə apardı, ailəsi ilə tanış elədi. Oğlu Şaiq Qurbanov mənə dedi ki, narahat olma, özüm 2000 manat maaş alıram. Anam verə bilməsə, sənin borcunu özüm qaytaracağam. Əgər biz dələduz olsaq min manat pul alıb qaçarıq, sənə evimizi göstərmərik. Malların gəlişində bir az problemlər yaranıb, ancaq borcundan narahat olma”.


 


 G. Səttarova məhkəməyə müraciət etdiyini və A. Qurbanovanın həbs edildiyini deyir: “2015 -cü ilin iyun ayında polisə müraciət etdim və 178.3-cü maddə ilə dələduzluq etdiyinə görə Almas Qurbanovanı həbs etdilər. Bu zaman Validə Dəmirova adlı şəxs mənə zəng elədi və niyə şikayət etdiyimi dedi. Mənə dedi ki, gərək polisə şikayət etməzdin. Mənə yaxınlaşardın, mən onların başçısıyam, sənin pulunu alıb verərdim. Bu söhbətlərdən sonra Almas Qurbanovanın adamları gecə zorla evimə soxuldular. Evdə heç kim yox idi. 3 nəfər içəri girdilər, məni döydülər, əllərimi bağladılar. Mənə dedilər ki, Apelyasiya Məhkəməsində şikayətini geri götür, əks halda səni, oğlunu, həyat yoldaşını öldürəcəyik. Heç kimə bu haqda heç nə demə. Səhəri gün məhkəmədə Almas Qurbanovanın həbsini istəmədiyimi, lakin 23 min manat vəsaiti geri verməsini tələb etdim. Almas Qurbanova azadlığa çıxandan sonra çıxdıqdan sonra yenə də pulumu tələb etdim. Lakin A.Qurbanova indi mənim tələbimə məhəl qoymur. Məhkəmələrə pul verdiyini deyir. Mənə deyir ki, sənin ucbatından məhkəmələrə nə qədər pul tökmüşən, get pulunu məhkəmələrdən al”.  


Şikayətçi Almas Qurbanovanın onunla yanaşı 18 nəfəri də aldatdığını  və  müxtəlif yollarla pullarını mənimsədiyini deyir. 


 


G. Səfərova problemini mətbuatda işıqlandırmaqla məsələyə aidiyyatı qurumların diqqətini cəlb etməyə çalışdığını deyir. 


 


Qarşı tərəfin də mövqeyini öyrənmək üçün  yazıda adı çəkilən Almas Qurbanova ilə əlaqə saxladıq. A. Qurbanova məhkəmənin lazım olan qərarı verdiyini deyərək danışmaqdan imtina etdi.


 


M.Məcidli




 























Teqlər:
Bu xəbər cəmi 1105 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR