Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qənirə Paşayeva düşmənlə sərhəd Əlibəyli kəndində olub

Qənirə Paşayeva düşmənlə sərhəd Əlibəyli kəndində olub


Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində Ermənistan silahlılarının atəşkəs rejimini pozararaq yandırdığı mülkü vətəndaş Mayıl Ağacanova məxsus evi ziyarət edib. Mayıl Ağacanov millət vəkilinə söyləyib ki, evin hədəfə alınmasından 15-20 dəqiqə öncə Ermənistan silahlılarının atəşkəsi pozmasını silah səslərindən hiss edən kimi ailə üzvlərini evdən çıxarıb: “Allah göstərməsin evdə olsaydıq daha ağır faciələr yaşayardıq. Azərbaycan Silahlı Qüvvələrinin, ordumuzun düşmənə layiqli cavablar verdiyini və insanlarımızı qoruduğunu deyən ailə üzvləri düşmənin hər zaman insanlıqdan kənar əməllərlə məhz mülkü vətəndaşları hədəfə almalarına beynəlxalq təşkilarların sərt etiraz etməmələrini qınayırıq”. 

 


Millət vəkili Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərimiz hər zaman cənab Prezidentimizin xüsusi diqqətində olduğunu və hər zaman belə hallarda ailələr üçün yeni evin tikintisinin təmin olunduğunu bildirib: “Bərpa agentliyinin rəhbəri Əli Məmmədovla ailənin vəziyyəti ilə bağlı bir gündə iki dəfə məsələ ilə bağlı danışmışıq. Bir neçə gün içində sizə yeni evin tikintisi üçün lazım olan bütün materiallar veriləcək. Yəni lazım olan bütün materiallar dövlət tərəfindən sizə veriləcək və evin tikintisi üçün bütün dəstək göstəriləcək. Gücü, imkanı çatan tovuzlular da hər zaman ön cəbhədə yaşayan sizin kimi insanlarımıza gücləri çatan qədər dəstək göstərməlidirlər və inanıram ki, bu belə də olacaq. 


 


Millət vəkili, həmçinin Ermənistanla cəmi bir neçə metrlik ön cəbhədə evləri yerləşən bir çox ailələrlə də görüşüb. Onların qayğı və problemləri ilə maraqlanıb: “Dövlətimiz, ordumuz hər zaman yanınızdadır və düşmən mülkü vətəndaşlarımıza qarşı hər cinayətinə görə düşündüyünüzdən də ağır cavablar alır və alacaq. Ön cəbhədə yaşaşan sizin kimi mərd, qorxmaz insanların varlığı düşmənə ən böyük zəhbədir . Beynəlxalq təşkilatların, BMT, ATƏT, Avropa Parlamenti və Avropa Şurasının bu məsələlərə ikili standartlardan yanaşmalarına, işğalçı Ermənistanın cinayətlərinə göz yummalarına, heç bir təzyiq göstərməmələrinə qarşı etirazlarını hər zaman beynəlxalq platformalarda Azərbaycan rəsmiləri və millət vəkilləri səsləndirir. Ancaq çox təssüf ki, onlar Ermənistana deyil, əllərinə düşən hər fürsətdə yalan, yalnış məlumatlarla Azərbaycana təzyiq göstərmək istəyirlər. Xalqımızın bunun artıq yaxşı fərqindədir. Narahat olmayın, Azərbaycan artıq düşmənə layiqli cavab verə bilən bir Azərbaycandır. Millət vəkili ailələrlə geniş fikir mübadiləsi də aparıb, onların qayğı və problemləri ilə geniş maraqlanıb.


 




 











Teqlər:
Bu xəbər cəmi 1255 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR