Əvvəllər “Modern Qrup” məxsus olan və Rixos Otellər qrupu tərəfindən idarə olunan “Şamaxı Rixos Palace” otelinin adı dəyişdirilib.
Avqustun 25-dən etibarən sahibkar şirkəti olan “Sheredil Otel” MMC “Şamaxı Rixos Palace”in idarəetməsini “Absheron Hotel Group”a həvalə edib. "Qafqazinfo" xəbər verir ki, otellər qrupunun marketinq meneceri İlkin Rüstəmov fins.az-a bildirib ki, otel artıq “Şamaxı Palace Sheredil Otel” adı ilə fəaliyyət göstərir. Qiymətlərdə isə hər hansı bir dəyişiklik edilməyib. Yalnız “Qurban bayramı” ilə əlaqədar sentyabr ayının 24-dən 28-nə kimi, keçiriləcək tədbir və konsertlərlə əlaqədar olaraq qiymətlərdə kiçik artım olacaq.
Məsələn, adi günlərdə 2 yerlik 1 otaqlı nömrə 119 -139 manatdırsa, bayram günlərində 129-149 manat olacaq.