Qazaxıstan prezidenti Nursultan Nazarbayev böyük qızına yüksək vəzifə verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin imzaladığı sərəncamla böyük qızı Dariqa Nazarbayeva baş nazirin müavini təyin edilib.
Qeyd edək ki, Dariqa Nazarbayeva 2012-ci ildə deputat seçilib və Məclisin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə isə Məclisin spikeri seçilib.