Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Binəqədidə dinamik inkişaf

Binəqədidə dinamik inkişaf

Son illərdə Azərbaycan özünün milli iqtisadi modelinə, makroiqtisadi inkişaf tempinə görə dünya ölkələri arasında öncül yerləri tutmaqda davam edir. Bu Azərbaycanı dünyanın aparıcı maliyyə mərkəzlərinin diqqət mərkəzinə çevirmişdir. Ölkədə sosial-iqtisadi inkişafa, ekoloji təhlükəsizliyə xidmət edən qlobal infrastruktur layihələri inamla həyata keçirilir. Bu işlər təksə paytaxt Bakıda deyil, eyni zamanda Bakı ətrafı kənd və qəsəbələrdə, ölkənin digər regionlarında da eyni templə davam etdirilir. Azərbaycanın sosial-iqtisadi inkişafına verdiyi tövhələrə görə Binəqədi rayonu da özünəməxsus yer tutur.


 


Bakının sürətlə inkişaf edən rayonu


 


Rayonun son illərdə dinamik inkişafına təkan verən mühüm amil Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı, rayona müntəzəm səfərlər etməsi, görülən işlərə dəstək verməsidir. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı 2014 və 2015-ci illərdə Binəqədi rayonuna bir neçə dəfə səfər etmişdir ki, bu da rayonun sürətlə inkişaf etdirilməsi üçün stimul yaradır. Son bir neçə ildə Azərbaycanın bütün şəhər və rayonlarında olduğu kimi Binəqədidə də inkişaf tempi davam etdirilmiş, müasirləşməyə xidmət edən sosial, iqtisadi və ekoloji islahatlar həyata keçirilmişdir. Rayon icra hakimiyyətinin mövcud problemlərin həllinə yönələn məqsədyönlü və ardıcıl tədbirlər sistemi Binəqədinin simasını əsaslı şəkildə dəyişmişdir. Hazırda Binəqədi rayonu yeni tikililəri, müasir sosial-mədəni infrastruktur obyektləri, yaşılllığa bürünmüş park və meydanları ilə Abşeron yarmadasının göz oxşayan məkanlarından birinə çevrilməkdədir. Məlumat üçün bildirək ki, Binəqədi rayonu həm ərazisinə, həm əhalinin sayına, həm də sənaye obyektlərinin sayına görə Bakının ən böyük rayonlarından biridir. Belə ki, bu rayon əhalisinin sayına görə Xətai rayonundan sonra ikinci sırada yer alır. Maraqlı faktlardan biri də odur ki, Bakı şəhəri üzrə əhalinin 12%-i (qəsmi statistikaya görə) məhz Binəqədi rayonunda yaşayır. Onu da qeyd edək ki, bu rayonda faktiki alaraq rəsmi statistikada verilən saydan daha çox əhali yaşayır. Son illərdə Binəqədi rayonu Bakının sürətlə inkişaf edən rayonlarından birinə çevrilmişdir. Əgər statistik rəqəmlərə müraciət etsək, son illərdə rayonun dinamik inkişafının şahidi olarıq. Maraqlı faktlardan biri də odur ki, Binəqədi rayonu 2013 və 2014-cü illərdə Bakı şəhəri üzrə açılan iş yerlərinin sayına görə 1-cilər sırasında olmuşdur. Bu da əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərin artırılması istiqamətində əhəmiyyətli addım hesab edilir. Son iki ildə Bakı şəhəri üzrə açılan yeni iş yerindən təqribən 15%-i Binəqədi rayonunun payına düşür. Onu da qeyd edək ki, açılan daimi yeni iş yerlərinin demək olar hamısı sabibkarlıq sektorunun inkişafı hesabına olmuşdur. Təkcə 2014-cü ildə Binəqədi rayonunda 5.6 min yeni iş yeri açılmışdır. Elə həmin ildə işlə təmin olunmaq üçün 1.6 min nəfər vətəndaş müraciət etmişdir. İşlə bağlı müraciət edən vətəndaşların 638 nəfəri müxtəlif sahələrdə daimi işlə təmin edilmişdir. Hazırda Binəqədi rayonunda çalışanların sayı 45 minə yaxındır ki, bu da ölkə üzrə məşğul əhalinin təqribən 10%-i deməkdir. Ümumiyyətlə son illərdə Binəqədi rayonunda sosial-qitisadi göstəricilər üzrə dinamik artım müşahidə edilir. Rayon ərazisində 100-ə yaxın sənaye müəssisəsi fəaliyyət göstərir. Onlardan təqribən 32-si iri, 67-si isə kiçik müəssisələrdir. Sənaye obyektlərinin bir qismi son bir neçə ildə yaradılmışdır. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasında Binəqədi özünəməxsus yer tutur. Statistikaya müraciət etsək görərik ki, son üç ildə sənaye məhsullarının istehsalı sahəsində ciddi artım baş vermişdir. DSK-nın məlumatına görə, 2014-cü ildə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən sənaye sektorunda 227,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2013-cü illə müqayisədə 12,4 faiz çoxdur. Bu dövrdə sənayedə çalışanların sayı da 1060 nəfər artmışdır. Əgər 2013-cü ildə Binəqədi rayonunda fəaliyyət göstərən sənaye müəssisələrində 5700 nəfər çalışırdısa, 2014-cü ildə onların sayı 6.763 nəfərə yüksəlmişdir. 2014-cü ildə Binəqədi rayonunda bütün maliyyə mənbələri hesabına 48461,6 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.


Binəqədidə abadlıq işləri


Qeyd etdiyimiz kimi son illərdə Binəqədi rayonunda həyata keçirilən abadlıq və yaşıllaşdırma işləri, yeni salınan istirahət parkları, infrastruktur layihələri bir vaxtlar "neft bataqlıqları ilə bol olan” rayonu tamamilə dəyişmişdir. Bunun nəticəsi olaraq rayon əhalisinin mədəni istirahəti üçün yaxşı şərait yaranmış, yaşayış keyfiyyətində xeyli irəliləyiş olmuşdur. Belə ki, rayonun inzibati ərazisinə daxil olan 5 qəsəbə, eləcə də mikrorayonlarda aparılan tikinti-yaşıllaşdırma, quruculuq-abadlıq işləri, yol örtüklərinin yenilənməsi, yolların kənarında salınan yaşıllıqlar və s. sözün əsil mənasında rayonun simasını dəyişmiş, Binəqədini paytaxtın ən qabaqcıl və təmiz rayonlarından birinə çevirmişdir. Son bir neçə il ərzində rayon ərazisində bir çox infrastruktur obyektlərinin açılışı olmuşdur. Binəqədidə yolların təmirinə xüsusi diqqət göstərilir. Rayon ərazisində son bir neçə ildə yeni körpülərin tikilib istifadəyə verilməsini, Xırdalan – Binəqədi və Biləcəri – Binəqədi avtomobil yolunun açılmasını, Metronun "Nəsimi”, "Azadlıq prospekti” və "Dərnəgül” stansiyalarının açılmasını və s. bu qəbildən olan yol infrastrukturlarının yenilənməsini misal göstərmək olar. Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidən qurulması, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidənqurulması kimi əlamətdar hadisələr rayonun infrastruktur sahəsində böyük irəliləyişinə səbəb olmuşdur. Təkcə son bir neçə il ərzində rayon ərazisində bir çox infrastruktur obyektlərinin (məktəb, uşaq baxçası, mədəniyyət və istirahət mərkəzləri və s.) yenidən tikilməsi həyata keçirilmiş və əsaslı təmir edilərək istifadəyə verilmişdir. Görülən işlərin davamlı xarakter alması belə deməyə əsas verir ki, Binəqədi bir neçə ildən sonra Bakının ən gözəl və yaşıllıqlarla bol olan rayonlarından biri olacaqdır.


 


"Təmiz Binəqədi” layihəsi...


 


Binəqədinin inkişafından danışarkən "Təmiz Binəqədi” layihəsinin adını xüsusi vurğulamaq lazımdır. Məlum olduğu kimi, I Avropa Olimpiya Oyunlarına hazırlıq ərəfəsində Bakının digər rayonlarında olduğu kimi Binəqədidə də əhəmiyyətli işlər görüldü. Bu işlərdən biri də Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun təşəbbüsü və sərəncamı ilə 2014-cü il iyulun 1-dən icrasına start verilən "Təmiz Binəqədi” layihəsidir. Bu layihə sosial-qtisadi və ekoloji əhəmiyyətinə görə xüsusi əhəmiyyəyə malikdir. Layihə çərçivəsində rayonun sosial, iqtisadi, mədəni və ekoloji həyatı üçün əhəmiyyətli olan işlər görülmüşdür. Bu layihənin məqsədi Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərdə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etmək idi. Layihədə prioritet istiqamətlərdən biri də ekoloji durumun yaxşılaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirməklə və Binəqədini ekoloji baxımdan təmiz rayona çevirməkdir. Layihənin icrası müddətində əhali arasında təmizliyin, abadlığın, səliqə-sahmanın qoruması məqsədilə marifləndirmə işləri də aparılmışdır. Bu proses mərhələli və planlı şəkildə bu gün də davam etməkdədir. "Təmiz Binəqədi” layihəsinin icrasına başlanılandan indiyədək "Ən təmiz obyekt”, "Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi”, "Ən təmiz uşaq bağçası”, "Nümunəvi səhiyyə müəssisəsi”, "Ən təmiz məktəb” və "Ən təmiz fərdi ev” müsabiqələri maraqla qarşılanıb və bu cür tədbirlərin keçirilməsi hazırda da davam etdirilir. Keçən dövr ərzində layihə çərçivəsində 100-ə yaxın ünvanda iməcilik keçirilib ki, bu işlərdə 4 minə yaxın Binəqədi sakini iştirak edib. Layihənin icrası, o cümlədən görülmüş işlər, bununla əlaqədar olaraq keçirilmiş tədbirlər haqqında kütləvi informasiya vasitələrində, həmçinin Rayon İcra Hakimiyyətinin saytında ətraflı məlumatların işıqlandırılması əhalinin maarifləndirilməsində mühüm addım kimi qiymətləndirilə bilər. Binəqədinin bugünkü inkişafını şərtləndirən mühüm amillərdən biri də rayonda müasir idarəçilik üslubunda işləyən, yeniliyə meyilli olan çevik komandanın mövcud olmasıdır. Bunun nəticəsidir ki, Binəqədi rayonu son illər tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.


 


Allahyar Muradov, iqtisad üzrə fəlsəfə doktoru, dosent


Teqlər:
Bu xəbər cəmi 1085 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR