Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avstriyada ən böyük məscid söküləcək

Avstriyada ən böyük məscid söküləcək


Avstriyanın paytaxtı Vyana şəhərinin “Karl meydanı”nda yerləşən məscidin sökülməsini gözlənilir. 



AzVision.az Almaniyanın “Die Tagespresse” qəzetinin yaydığı məlumata əsasən bildirir ki, “Azad Avstriya Partiyası”nın rəhbəri Haynz Kristian Ştraxe mətbuat konfransında çıxışı zamanı Vyanadakı nəhəng məscidin söküləcəyini deyib. Partiya sədiri məscidin sökülməsindən ötrü müxtəlif bəhanələr gətirərək, onun Vyanın mərkəzi üçün çox nəhəng olduğunu, eləcə də teatr, opera, muzey və konsert mərkəzləri arasında yerləşməsinin uyğun olmadığını söyləyib.



Partiya sədri həmçinin bildirib ki, “mən hər gün şəhərdə müxtəlif dillərdə danışan, başı örtüklü, tamamilə qapalı geyinmiş insanlar görürəm. Özümüm İraqda, yaxud Afrikadakı kimi hiss edirəm”.



Ən önəmli məqam isə “Azad Avstriya Partiyası” sədrinin fikirlərində öz əksini tapıb. O, bildirib ki, məscidi sökdükdən sonra həmin yerdə katolik kilsəsinin tikilməsinə nail olacaq. 


Teqlər:
Bu xəbər cəmi 1245 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR