Ukrayna Suriyaya gedən rus təyyarələrinə hava sahəsini bağlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukraynanın baş naziri Arseniy Yatsenyuk Slovakyada təşkil olunan mətbuat konfransında bildirib.
Yatsenyuk bu gün Ukrayna Hava Sahəsinə Nəzarət Təşkilatının Avropa Hava Seyrüsefer Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) ilə əməkdaşlığı çərçivəsində Suriyaya gedəcək Rusiya təyyarələrinə möhkəm nəzarət olunduğunu qeyd edib.