Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azercell-dən pulsuz göz müayinəsi davam edir

Azercell-dən pulsuz göz müayinəsi davam edir


Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu gün də fəaliyyətini uğurla davam etdirir.



"Qafqazinfo" xəbər verir ki, hər zaman olduğu kimi, Mobil Göz Klinikası bu il də valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edərək, həmçinin, ahıllar və aztəminatlı ailələrə də xidmət göstərib. 2011-ci il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan və Azərbaycanda çox maraqla qarşılanan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Azercell-in bu təşəbbüsü o qədər uğurlu olub ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başlayıblar. Təkcə bu ilin son 7 ayı ərzində Azercell-in bu layihəsi çərçivəsində 455 nəfər müayinədən keçib ki, bunun da 305 nəfəri uşaqlar, 150 nəfəri isə böyüklərdir. Eyni zamanda, Klinikada son 7 ay ərzində 56 uşaq, 31 böyük xəstə müalicə alıb.



Mart ayında Mobil Göz Klinikasının həkimləri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində və SOS Uşaq Kəndində olaraq 91 nəfər xəstəyə köməklik göstəriblər. Apreldə isə Klinika Bakıda yerləşən İMSİ gənclər ictimai birliyi "Duyğu" sosial reabilitasiya ictimai birliyində, eyni zamanda Ağcabədidə fəaliyyət göstərən "Gün ərzi" qayğı mərkəzində olublar. Bu mərkəzlərdə 105 nəfər şəxs müayinədən keçib. May, iyun, iyul, avqust aylarında Klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Şəki, Ağsu və Oğuz rayonlarında məskunlaşan qaçqın və məcburi köçkünləri, eyni zamanda əlil və kimsəsizləri pulsuz müayinə edərək, müalicəyə ehtiyacı olan 184 nəfərə xidmət göstəriblər. Mobil Göz Klinikası eyni zamanda yay aylarında Sumqayıtda, Masazır və Xırdalanda məskunlaşan qaçqınlara və əlil insanlara da dayaq olublar.

Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Azercell-in bu uğurlu layihəsi payız və qış aylarında ehtiyacı olan insanlara yardım etməyə davam edəcək.


Teqlər:
Bu xəbər cəmi 1060 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR