Aparılan araşdırmalar zamanı müəyyən olub ki, naharda yumurta yemək bədən yağlarının yandırılmasında əhəmiyyətli rol oynayır.
“Qafqazinfo”nun məlumatına görə, mütəxəsislər tərərfindən aparılan genişmiqyaslı araşdırmalarda qidalar içərisində ən keyfiyyətli zülala sahib qidanın yumurta olduğu təsbit edildi. Yumurta zülalı alınması vacib olan “lazımlı amin turşuları”nı tərkibində birləşdirir.
Eyni zmaanda sağlam həyat baxımından lazımlı A, D, E və B qrupu vitaminləri ehtiva edir. Zülal, vitamin və mineral baxımından olduqca zəngin olan yumurta, xüsusilə uşaqların fiziki və zehni inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Yumurtada 10 təməl amin turşusu mövcuddur və 60-90 qr balıq və ya ağ əti əvəz edə bilər.
Yumurtanın qabığının rəngi toyuğun cinsiylə əlaqəlidir. Qəhvəyi və ağ yumurtalar qidalandırıcılıq cəhətdən eynidir. Qabığı ağ rəng olan yumurtanın ideal şəkildə meydana gəldiyi, qabığı tünd olan yumurtanın isə qida baxımından kefiyyəti yüksək olduğuda iddiaları irəli sürülür.
Ümumiyyətlə Avropa ölkələrində qəhvəyi yumurtalar məqbul sayılarkən ABŞ-da vəziyyət tam tərsidir. Çiy yumurta 18° dərəcədə 1 il müddətlə saxlana bilər. Yumurtanın yalnız sarı qisiminin və ya hamısının donması üçün bir kasaya qırın. Hava qabarcıqları meydana gəlməyəcək şəkildə yavaşca qarışdırın . Yumurtanın dondurulduğu qab bir az geniş olmalıdır. Donmuş yumurta nisbətən az yer tutur, əriyəndə yenidən genişlənir.
Bişmiş yumurtanın dondurulması tövsiyə olunmur.
Qeyd: Yumurtanın təzəliyini bilmək istəyirsinizssə bir qaba su töküb yumurtanı içərisinə qoyun. Əgər təzədirsə suda batacaq, köhnədirsə üzəcək.