Çindəki həddindən artıq kirli hava Pekində yaşayışı çətinləşdirdiyi üçün qısa müddətlik 2.5 milyon avtomobilin hərəkəti qadağan olunub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt şəhərdə havanın çirklilik indeksi normadan qat-qat artıq olduğu üçün ölçülə bilməyib. Son qadağalardan sonra bu rəqəm 160 olub ki, bu da normadan artıqdır. Ancaq yenə də, avtomobillərə qoyulan qadağalar şəhər sakinlərini aylar sonra həsrətində olduqları mavi səmaya qovuşdurub.
Qeyd edək ki, Çin hökuməti iyul ayında havanın çirklənməsinin qarşısını almaq üçün hazırladığı planı açıqlamışdı. 5 illik plana 1.7 trilyon yuan xərclənməsi gözlənilir. Fabrik və nəqliyyata müəyyən qaydalar təbliğ edən hökumət avtomobillərə də havanı çirkləndirdiyi üçün vergi qoymaq istəyir.