Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Elşad Abdullayevin qohumundan gözlənilməz addım

Elşad Abdullayevin qohumundan gözlənilməz addım
Keçmiş ABU rektoru, bir müddətdir Fransada müvəqqəti yaşayan Elşad Abdullayevin Azərbaycandakı nümayəndəsi, bacısı oğlu, Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mürsəliyev «Təzadlar» qəzetini və tanınmış vəkil Ramiz Zeynalovu məhkəməyə verib


Bu barədə «Təzadlar»ın baş redaktoru Asif Mərzili məlumat verdi:



 



- Azad Mürsəliyev Yasamal rayon Məhkəməsinə  bir mülki, 2 xüsusi ittiham qaydasında şikayətlə müraciət edib. O, qəzetin 7 fevral 2013-cü il tarixli sayında dərc olunmuş «Tanınmış vəkildən həyəcan təbili» yazısında onun şərəf və ləyaqətini ləkələyən məlumatlar olduğunu iddia edərək «Təzadlar» qəzetini məhkəməyə verib və qəzetin təkzib verməsini məhkəmədən xahiş edir. Hansı ki, həmin məqalə tanınmış vəkil Ramiz Zeynalovla müsahibədir və orada heç bir aşağılayıcı, yaxud şərəf və ləyaqəti ləkələyən məlumat yoxdur… Bu iddia ərizəsi hakim Ayaz Məmmədovun icraatındadır… Digər 2 şikayət isə vəkil Ramiz Zeynalovun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətdir. Şikayətçi Azad Mürsəliyev vəkil R.Zeynalovu Azərb. Res. CM-nin 147 və 148-ci maddələri ilə məhkəməyə verib və bu madənin tövsif etdiyi cəzanın tətbiq edilməsini məhkəmədən xahiş edir… Bu şikayətlər isə hakim İlahə Abbasovanın icraatındadır. Hər üç şikayət üzrə məhkəmənin hazırlıq iclasları aprelin 30-a təyin edilib. Təbii ki, bu iddia və ya şikayətlər Elşad Abdullayevin birbaşa özünün təşəbbüsü ilədir. Heç bir yazıda nə E.Abdullayevin, nə də Azad Mürsəliyevin barəsində şərəf və ya ləyaqətin təhqir olunmasına yol verilməyib. Nəzərə alsaq ki, mübahisəyə səbəb olmuş hər üç yazı müsahibədir, özü də nəinki Azərbaycanda, MDB məkanında tanınan vəkil Ramiz Zeynalov tərəfindən verilib, deməli, burada təhqir və ya böhtandan söhbət gedə bilməz. Əksinə, Elşad Abdullayev demək olar bütün müsahibələrində «Təzadlar» qəzetinə və mənə, həmçinin vəkil Ramiz Zeynalova qarşı nəinki işgüzar nüfuzu ləkələyən ifadələr işlədir, həm də məni və vəkil R.Zeynalovu «Azərbaycanda adam oğurluğu ilə məşğul olan və Ramiz Mehdiyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin» üzvü adlandıraraq ağır cinayətdə ittiham edir… Əksinə, onun özü məhkəməyə verilməlidir. Lakin hər dəfə mənim ona yazığım gəlib, fikirləşmişəm ki, insandır, yəqin səhvini nə vaxtsa başa düşər, törətdiyi cinayət əməllərinə görə Vətəndən perik düşüb, həbs olunub Azərbaycana gətiriləndən sonra mən də onu bu ittihamlarına görə məhkəməyə verərəcəm.


Teqlər:
Bu xəbər cəmi 1610 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR