Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

3 milyonluq mandat, adı tikinti-bank qalmaqallarında hallanan deputat və …

3 milyonluq mandat, adı tikinti-bank qalmaqallarında hallanan deputat və …


Nemət Kərimli: “Rəfael Cəbrayılov bu illər ərzində özünü əslində daha çox qalmaqallı millət vəkili kimi tanıdıb”



Gülər Әhmədovanın “deputat”ı



9 saylı Binəqədi ikinci seçki dairəsindən Milli Məclisin deputatı Rəfael Cəbrayılov 28 dekabr 1958-ci ildə anadan olub. 0, 2005-ci ildən Milli Məclisin deputatıdır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Millət vəkili olaraq onun adı da bir sıra qalmaqallarda hallanır.



Vaxtilə onun da sabiq deputat Gülər Əhmədovanın köməkliyi ilə deputat seçildiyi iddia olunur. Belə ki, o zamanlar mətbuat səhifələrində Gülər Əhmədovanın Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən video görüntülərində Rəfael Cəbrayılovu özünün deputat seçdirdiyi barədə fikirləri də yer almışdı.



3 milyonluq mandatı kim alıb?



Məsələ ilə bağlı 2010-cu ildə pia.az saytı “Rafael Cəbrayılovun milyonluq mandatı” adlı material yaymışdı. Yazıda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, spiker Oqtay Əsədovun etdiyi qeyd olunmuşdu.



Polisi təhqir edən deputat



“Bizim Yol” qəzetinin 2007-ci ildə nəşr olunan saylarının birində isə R.Cəbrayılovun idarə etdiyi “BMW-X5“ markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu və buna görə onu saxlamış Dövlət Yol Polisi əməkdaşını kobud sözlərlə təhqir etdiyi barədə yazı dərc olunmuşdu.



Banka pul atan tikinti maqnatı yoxsa deputat?



“Qafqazinfo” saytı isə 2012-ci ildə Nikoil Bank”ın deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verdiyindən yazmışdı. Belə ki, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdi. İddia onunla əsaslanıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədi ilə digər cavabdehlər Rauf , Elşən və Rəfael Cəbrayılovla zaminlik müqaviləsi bağlanılıb. Lakin “ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib. Nəticədə onların iddiaçı qarşısında öhdəliyi yaranıb. Bu iddia məhkəmə tərəfindən qismən ödənilib. Mətbuat deputat və qardaşlarının tikinti biznesi ilə məşğul olduğunu yazır.



R.Cəbrayılovun habelə Milli Məclisdə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna icra hakimiyyəti ilə razılaşdırılmayan aksiyalarda iştiraka görə cərimələrin 30 dəfə artırılmasını nəzərdə tutan qanun layihəsi ilə çıxış etməsi və buna görə ciddi tənqidlərə məruz qalması ilə də yadda qalıb.



Seçici rəyi



Seçicilər də Rəfael Cəbrayılovun 5 illik fəaliyyətindən ümumən narazıdırlar. Həmin dairədə yaşayan Sənan Hüseynli Yenicag.az-a açıqlamasında R. Cəbrayılov adlı deputatı tanımadığını bildirdi: “5 il ərzində adını çəkdiyiniz bu deputatı bir dəfə də olsun görməmişəm. Bu müddət ərzində R. Cəbrayılov bir deputat olaraq seçicilərinə heç bir kömək əlini uzatmayıb. Bir dəfə də olsun vətəndaşlarla görüşməyib. Hətta onun qəbul otağının harda yerləşdiyini belə sadə vətəndaşlar bilmir. O ancaq öz şəxsi maraqlarını təmin etməklə, bizneslə məşğuldur”.



Keçmiş rəqib danışır



Müsavat Partiyasının həmin dairə üzrə namizədi Nemət Kərimli isə qeyd etdi ki, Rəfael Cəbrayılov bu illər ərzində özünü əslində daha çox qalmaqallı millət vəkili kimi tanıdıb: “Vaxtilə Gülər Əhmədova onun da tapşırıq əsasında deputat seçildiyini bildirmişdi. Digər tərəfdən, adı banka borc məsələsində də hallanıb. Bütün bunlarla yanaşı, R. Cəbrayılov seçiciləri ilə görüşüb, onların problemlərini öyrənməyi də özünə rəva görmür. Bu səbəbdəndir ki, deputat kreslosunda oturduğu 10 il ərzində bir dəfə də olsun seçicilərinin problemlərini qabartmayıb. Ona görə də hazırda 9 saylı ikinci seçki dairəsində seçicilərin ona heç bir inam və etibarı yoxdur. Əgər yenidən namizəd olarsa və seçkilər doğru-düzgün keçirilərsə, onun məğlub olacağı qaçılmazdır”.


Teqlər:
Bu xəbər cəmi 1050 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR