Bu gündən Silahlı Qüvvələrin bütün qoşun növləri üzrə keçirilən təlimlərinin ikinci mərhləsinə start verilir.
"Qafqazinfo" xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov ANS-ə açıqlamasında bildirib ki, bu mərhələdə qoşun növlərinin praktiki tətbiqi həyata keçiriləcək. Təlim atışları Silahlı Qüvvələrin müharibə vaxtı tətbiqi tam şəkildə icra olunacaq.
“HHQ -ləri taktiki manevrlər edəcək və raket buraxılışları yerinə yetircəklər. Artilleriya zərbələri və havadan zərbələr olacaq. Bizim helikopter və təyyarələrimiz atışlar edəcək. Mühəndis istehkamçıları, kəşfiyyatçılar xüsusi təyinatlılar onlara qarşsında böyük vəzifələr qoyulub. Tam şəkildə biz Silahlı Qüvvələri müharibə şəraitində tam şəkildə icra edəcəyik”.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.