Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

LCV cərgəsinin gələcək qəhrəmanı

LCV cərgəsinin gələcək qəhrəmanı


Renault model cərgəsini fəal olaraq genişləndirməyə davam edir və Duster Oroch-dan sonra yeni konsept-kar – pikap Renault Alaskan-ı təqdim edir. Alaskan – güclü yolsuzluq avtomobilidir, biznes vəzifələrinin həlli, aktiv istirahət və gündəlik sürmə üçün əladır.  Birrəngli pikapın seriya versiyası 2016-cı ilin birinci yarısında təqdim ediləcək.



YENİ RENAULT ALASKAN



Yeni Renault Alaskan-ın təsirli dizaynı və böyük ölçüləri onun statusunu, funksionallığını və uzun-ömürlülüyünü vurğulayır. Cəlbedici idman-üslublu eksteryer, 21-düymluq disklər, iri arxa işıq diodlu Pure Vision işıqları və C-varı dönmə işıqları avtomobili pikaplar seqmentində rəqiblərindən ayırır.



Yeni Renault Alaskan istənilən həyat situasiyalarının öhdəsindən gəlməyə qadir böyük və etibarlı avtomobilə sahib olmaq istəyən kommersiya istifadəçilərinin tələbləri ilə yanaşı sadə avtomobil həvəskarlarının da tələblərinə cavab verir:



• Universal və möhkəm şassi; 

• Böyük yük-qaldırma qabiliyyəti və hündür yol klirensi;

• Yüklərin fiksasiyası üçün üç uzununa dərinlikli ban;

• Sinfinin ən aşağı yanacaq sərfi, heyrətləndirici güc və sürətlənmə.

Pikap Renault Alaskan —istirahət üçün də gözəl partnyordur:

• Onun böyük banına asanlıqla bir neçə velosiped, kempinq avadanığı, serfinq lövhləri yerləşər, avtomobilin salonunda isə beş böyük adam asanlıqla otura bilər; 

• Müasir komfort texnologiyaları uzun səfəri xoş və təhlükəsiz edəcək; 

• Nəhayət, xarici güzgülərə quraşdırılmış kameralar ətraf mənzərəni çəkməyə kömək edir.



Avtomobil, müştərilərə Master cərgəsindən tanış olan 4 silindrli dizel turbo-mühərriki ilə təchiz ediləcək. Pikapın seriya versiyası Renault Alaskan konseptinin üslubuna uyğun olan və eyni qabaritləri qoruyacaq. 

Avtomobildə Renault-un Captur və Kadjar krossoverlərində istifadə etdiyi texnologiyalardan istifadə olunacaq.Birrəngli pikapın seriya versiyası 2016-cı ilin birinci yarısında təqdim ediləcək.



RENAULT KOMMERSİYA AVTOMOBİLLƏRİ



Renault qrupu son 17 il ərzində Avropada kommersiya minik nəqliyyatı seqmentinin liderdir və Latın Amerikası və Afrika ölkələrində çox güclü pozisiyalara malikdir. Aparıcı regional oyunçudan qlobal bazarın liderinə çevrilmək üçün hazırda Renault bu seqmentdə növbəti addımını atır.



Bunun üçün Renault pikaplar seqmentinə çıxmaq qərarını almışdır. Bu seqmentin payına dünyada bütün kommersiya avtomobillərinin satışlarının üçdən birindən çoxu düşür. 2015-ci ilin iyun ayında Renault Buenos-Ayresdə Latın Amerikası üçün nəzərdə tutulmuş yeni Duster Oroch-u təqdim edir. Yeni Alaskan konsepti – dünya bazarına yönəlmiş gələcək modelin əsas xüsusiyyətlərini özündə birləşdirən orijinal yolsuzluq avtomobilidir.










Renault kommersiya avtomobilləri




  • Avtomobillər Avropadan kənarda 112 ölkədə satılır



Kommersiya minik nəqliyyatının əsas bazarları – Braziliya, Argetina, Türkiyə, Mərakeş və Əlcəzairdir..




  • Avtomobillər üç kontinentdə buraxılır: Avropa (Fransa), Amerika (Argentina, Braziliya) və Afrika (Mərakeş).



Regional lider:




  • 1998-ci ildən etibarən Avropada №1.


  • 2010-cu ildən etibarən Şimali Afrikada №1.


  • 2008-ci ildən etibarən Renault Latın Amerikada ilk üçlüyə daxildir.



 



 


Teqlər:
Bu xəbər cəmi 1315 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR