Şöbə müdiri Elçin Məmmədov hər il dövlətin cibinə necə girir?
Son illər mətbuatda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şəhər və rayon şöbələrində baş verən özbaşınalıqlar, süründürməçiliklərlə bağlı silsilə yazıların getməsi ondan xəbər verir ki, qurumun şöbələrində vəziyyət heçdə ürəkaçan səviyyədə deyil. Belə ki, bəzi şöbə müdirləri arxalarında dayanan himayəçilərinin müdafiəsinə arxalanaraq vətəndaşları süründürməçiliyə məruz qoyur və onların hüquqlarını pozurlar.
Qeyd edək ki, fondun sabiq sədri Səlim Müslümov bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyin edildi. Onun fondda boş qalan postunu isə keçmiş müavini Elman Mehdiyev tutdu. Elman Mehdiyevin DSMF sədi keçməsinə və qurumda bəzi islahatlar aparmasına baxmayaraq hələki, ciddi problemlər qalmaqdadır. AzFakt.com-un elektorn ünvanına daxil olan məlumatda qeyd olunur ki, Xətai rayon DSMF-nin müdiri Elçin Məmmədov qurumu istədiyi kimi idarə edərək vətəndaşları daim süründürür. Belə ki, şöbə müdiri DSMF sədri Elman Mehdiyevə arxalandığını deyərək heç kəslə hesablaşmır. Elçin Məmmədovun Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə rəis təyin olunduğu gündən indiyə qədər problemlər və narazılıqlar azalmaq bilmir. Şöbədə mövcud olan neqativ hallar artıq pik nöqtəyə çatmaq üzrədir. Maddi imkanlarına görə xeyli adamı arxada qoymağı bacaran müdir qanunvericiliyin tələblərinə əməl etmir.
Həmçinin qeyd olunur ki, Elçin Məmmədov vətəndaşların pensiya müddətlərini “rüşvət” qarşılığında uzatmaqla bərabər həmdə digər qazanc mənbələri tapıb. Bu mənbələr isə ona ayda xeyli miqdarda gəlir gətirir. Bildirilir ki, Elçin Məmmədov Xətai rayonunda yerləşən müxtəlif şirkətlərin, müəssisə və idarələrin rəhbərləri ilə sövdələşərək rəsmi sənədlərdə həmin qurumlarda işləyən fəhlələrin sayını az göstərir. Bu azaltma təşkilat rəhbərlərini bir çox büdcə ödənişləri, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Şöbə müdiri müəsiisə rəhbərləti ilə anlaşaraq öz maddi marağını güdməklə dövlətin cibinə girir. Hər il şöbə müdirinin bu əməliyyatlardan külli miqdarada qazanc əldə etdiyi iddia olunur. Elçin Məmmədovun pensiya maxinasiyalarında əsas ortağı olan şöbənin Pensiya Təyinatı Sektorunun sektor müdiri Nərgiz Zeynalova artıq başqa bir rayona təyinat alıb. Yeni Sektor müdiri isə şöbə müdirinə “yaxşı” rüşvət verməklə bu vəzifəyə sahiblənib. DSMF-nin Xətai rayon şöbəsində baş verən digər qanunsuzluqlar və Elçin Məmmədovun hansı özəl müəsissələrlə işbirliyində olması ilə bağlı məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq. /azfaktinfo - See more at: http://azerbaycaninfo.az/sosial/6948-dsmf-nin-xetai-shobesinde-yeni-maxnasyalar.html#sthash.OvBJMg8C.dpuf