“Sovetski” adlanan ərazidə sahəsi 25 kvadratmetrdən az olan sakinlər üçün daha bir bina tikilir.
“Qafqazinfo” Azərtac-a istinadə xəbər verir ki, bunu jurnalistlərə baş nazirin müavini Abid Şərifov deyib.
Hər kvadratmetr üçün 1500 manat verildiyini xatırladan A.Şərifov bildirib ki, kompensasiya evin vəziyyətinə görə yox sahəsinə görə verilir. Oradakı evlərin 20 faizinin sahəsi 25 kvadratmetrə qədər olduğunu söyləyən Baş nazirin müavini xatırladıb ki, dövlət başçısının bilavasitə göstərişinə uyğun olaraq yəmin sakinlərin yerləşdirilməsi üçün 2 doqquzmərtəbəli bina müəyyənləşdirilib. “İlkin olaraq “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən 9 mərtəbəli yataqxana əsaslı təmir olunub, orada yaşayan qaçqınlar başqa əraziyə köçürülüb və 60-a yaxın ailə orada məskunlaşdırlıb. İki otaqlı evlər 50, bir otaqlı evlər isə 36 kvadratmetrdir. Hal–hazırda isə keçmiş “Leytenant Şmidt” zavodunun yaxınlığında 9 mərtəbəli bina əsaslı təmir olunur və ilin sonuna kimi əhalinin bir qismi oraya köçürüləcək”, - deyə Abid Şərifov bildirib.
“Sovetski”də sökülən evlərin yerində heç bir bina tikilməycəyini vurğulayan Abid Şərifov məlumat verib ki, sökülən evlərin yerində yalnız parklar, yaşıllıq, yollar salınacaq və ilin sonuna qədər bu abadlıq işlərinə başlanılacaq.