Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı şəhər DYP -nin sözçüsü Vaqif Əsədovdan ölkənin birinci xanımına şikayət...

Bakı şəhər DYP -nin sözçüsü Vaqif Əsədovdan ölkənin birinci xanımına şikayət...
"Bu məktubu milli irsimizin, adət - ənənələrimizin, mədəniyyətimizin, ədəbiyyatımızın qoruyucusu kimi sizə ünvanlayıram" Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Moderator.az - ı da şərləmək istəyibmiş...

 



Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, həkim - kardioloq Qalib Şəfahət redaksiyamız vasitəsilə öz başına gələn bir hadisəni ictimailəşdirmiş, ölkə rəhbərliyini tədbir görməyə çağırmışdı. Onun bildirdiyinə görə, avtomaşını qeyri - qanuni saxlanılıb, şairdən rüşvət istənililib. 


 


Məsələylə bağlı şair daha sonra hüquq - mühafizə orqanlarına çağırılıb, sorğu-suala tutularaq buraxılmışdı. Özünün dediyinə görə, bu səfər hüquq adamları şairlə xüsusi hörmətlə davranmış və bu barədə mətbuata açıqlama verməsi xahiş olunmuşdu. Maraqlıdır ki, həmin tələbi yerinə yetirən şairə yenidən təzyiqlər başlayıb. Onu bu dəfə protokolun ləğv olunmasını mətbuata sızdırmaqda ittiham edən yol polisi işi yenidən qaldıraraq məhkəməyə göndərib. 


Qarşılaşdığı bu hadisədən xeyli mütəəssir olan şair, deyəsən, çarəni millət vəkili Mehriban xanım Əliyevaya Açıq Məktub yazmaqda görüb. 


 


Redaksiyamıza təqdim olunan həmin məktubda başına gələn hadisələrdən bəhs edən Qalib Şəfahət daha sonra qeyd edir:


 


"Açığını deyim, “....balıq bilməsə də Xaliq bilər” prinsipini üstün tutmuşdum. Bu cür davalardan o qədər də xoşum gəlmir. Ona görə də məhkəməyə müraciət etmək fikrim yox idi. Hər şey hörmətli polkovnik Vaqif Əsədovun məhkəməyə müraciətindən sonra başladı. Və məhkəmədə aydın oldu ki, cənab  polkovnik ədalət mühakiməsi üçün saxta sənəd təqdim edib.


Həm də mən həkiməm, ədəbiyyat adamıyam, nə qədər vaxtım gedir. Onsuz da nəyə baxırlar ki?..  Bilirəm ki, bu cür məhkəmələrdə həqiqət aşkar olunmaq əvəzinə, ört - basdır edilib bir kənara atılır. Bu boyda ağır həngaməni  Daxili İşlər Nazirliyi təhqiqatla yola verdi. Mən zərər çəkən şəxsəm, amma şərləndim, cəzalandım. Bəs, Azərbaycan qanunların tabe olmayan, rüşvət tələb edənlər necə olacaq? Yəqin cəzasız qalacaq. Deyim var: “Dovşanın qaçaqaçını gördüm, ətinə tövbə etdim”. 


 


Tanınmış polkovnik Vaqif Əsədovun məhkəməyə saxta protokolla təqdim etməsinə daha nə deyəsən? Amma mənim ücün çox maraqlıdır, niyə saxta protokolla çıxış edirlər? Məgər məni saxlamamışdılar, maşın həbsdəydi? Bəlkə mən maşın oğurlamışam? Aydınlaşdırmaq lazım deyildi? Niyə sonra saxta protokol tərtib ediblər? Düzünü niyə deməyiblər? Məgər desəydilər maşın bu səbəbə saxlanılıb, dünya dağılardı? 


 


Hörmətli Vaqif müəllim də bilir ki, mənim maşınımın saxlanması “həbs” bəhanəsi ilə baş vermişdi. Bəs, onda niyə protokolu saxtalaşdırırlar? Axı kamera görüntüsü var, əgər silibməyibsə. Ona baxsalar, aydın olar ki, mən kəməri bağlamışdım. Ümidvaram ki, görüntüdə hamısı əks olunub. 


 


Vaqif müəllim deyir ki, sənədi sizə necə veriblərsə, elə də təqdim edib. Axı, o, içtimayətlə əlaqələr şöbəsinin rəisidir, söz düzgün informasiyaya əsaslanmalıdır. Bəs ədalət harda qaldı? Azərbaycan yazarını, öz diliylə desək, “hörmətli şairi”, hörmətli həkimi, üstəlik hərbi qulluqçunu bir leytenantın ailə üzvləri ilə birlikdə Dərnəgülün səhrasındakı taxta-şalban satılan yerdə gecə saat birdə çölün düzünə atmağı Azərbaycan polisinə hörmət gətirirmi?


 


Yəqin ki, hər şey kamera görüntüsündə var. Leytenantın vəzifəli şəxsə öz təbirləriylə desək “hörmətli şairə”, həkimə hədə-qorxu gəlməsi, sonra inzibati protokolun sürüçüyə, yəni “hörmətli şair”- həkimə təqdim olunmaması, pul tələb edilməsi nə qədər qanuna uyğundur?


 Ertəsi gün mayor cənablarının bazar alverçisi kimi “bunun qiyməti budur” deməsi necə, qanunidirmi? Yenə Vaqif müəllimin mənə telofonda yenidən “sizi cəza gözləyir, sən 147 maddə ilə tutulacaqsan, sənə gəl qanunu başa salacam” deməsidəmi qanunun tələbindən doğur? Ustəlik, “səni  Moderator.az saytı tovlayıb, düzünü de, barışaq” sözlərini hara yazaq?


      


Bəli, sayt vasitəsi ilə haqqımı tələb etməyə çalışmışam. Baş prokurora, Milli Təhlükəsizlik  nazirinə müraciətim bəhrəsini verməyib. İndisə, hörmətli Mehriban xanıma müraciət edirəm.


    


Çox hörmətli Mehriban xanım! Mən bu məktubu İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, milli irsimizin, adət - ənənələrimizin, mədəniyyətimizin, ədəbiyyatımızın  qoruyucusu kimi Sizə ünvanlayıram. Mən inanıram ki, Siz haqqın bərpa olunmasında yardımçı olacaqsınız.


 


Hörmətlə






Qalib Bağırov (Qalib Şəfahət)”


Teqlər:
Bu xəbər cəmi 1325 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR