Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı-Moskva qatarına biletlər bahalaşdı

Bakı-Moskva qatarına biletlər bahalaşdı


Dərmiryolu stansiyasında Bakı-Moskva reysi üzrə hərəkət edən qatarlara biletlərin qiyməti bahalaşıb. 



 



"Qafqazinfo" xəbər verir ki, bu barədə vətəndaşlar baku.ws-ə şikayətlərində bildiriblər.



Şikayətçilərin sözlərinə görə, bu istiqamət üzrə qatarlara biletlər tapılmır. Lakin israr etdikdə kassada biletləri üstündə yazılan qiymətdən baha satırlar.



"Əgər bilet yoxdursa, niyə çox pul verəndə tapılır? Niyə biletlərin qiymətini üstündəkindən baha satırlar?”, - deyə şikayətçilər bildiriblər.



Suallara cavab tapmaq üçün sayt "Azərbaycan Dəmir Yolları” QSC-i ilə əlaqə saxlayıb. Qurumun "Sərnişindaşınmaları” şöbəsinin rəisi İlyar Muradov baku.ws-ə açıqlamasında bildirib ki, avqust ayında həqiqətən də həmin istiqamət üzrə böyük sıxlıq olub. Onun sözlərinə görə, Bakı-Moskva istiqamətində biletlər tapılmadığı üçün növbələr yaranıb.



"Hazırda problem həll olunub. İndi biletlər var”, - deyə İlyar Muradov bildirib.



Biletlərin baha qiymətə satılmasına gəlincə, İlyar Muradov bu faktı inkar etməyib. O, biletlərin qiymətinin standart olmadığını deyib: "Hazırda biletlərin qiyməti dəyişir. Çünki Rusiyada valyuta standart deyil deyə, bilet qiymətləri də dəyişir”. 


Teqlər:
Bu xəbər cəmi 890 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR