Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Alı Alıyev: ”Gedin Laçını ermənilərdən alın, orada da nə istəyirsiniz əkin”

Alı Alıyev: ”Gedin Laçını ermənilərdən alın, orada da nə istəyirsiniz əkin”


Son vaxtlar Füzuli rayonunda cərəyan edən hadisələr ölkə mətbuatının diqqətini xüsusilə cəlb etməkdədir. Təəssüflər olsun ki, bu marağın səbəbi heç də digər bölgələrimizdə müşahidə olunan iqtisadi inkişaf və yaxud da əhalinin sosial-məişət durumunun yüksəldilməsi yönümündə həyata keçirilən uğrlu islahatlar deyildir. Əksinə, dərc olunan məlumatlardan belə qənaətə gəlmək olur ki, bu gün rayon rəhbərliyi nəinki ölkə prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasını həyata keçirə bilmir, eyni zamanda Füzulidə müşahidə olunan geriləmələr də rayonda baş alıb gedən məmur özbaşınalıqlarının, korrupsiya hallarının məntiqi nəticəsi kimi təzahür etməkdədir.



Ölkənin əksər informasiya vasitələrinə, o cümlədən DİA.AZ-a da yerli sakinlər tərəfindən təqdim olunan məlumat və ərizələrdə isə bütün bu problemlərin başında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin qeyri-qənaətbəxş fəaliyyətinin durduğu bildirilir. Diqqəti cəlb edən daha bir cəhət bundan ibarətdir ki, daxil olan şikayət məktublarında bir tərəfdən rayonda fəaliyyət göstərən dövlət idarələrinin fəaliyyətində yer almış neqativ hallardan bəhs olunduğu halda, digər tərəfdən də həmin idarələrin rəhbərləri və əməkdaşları özləri də RİH başçısı tərəfindən müxtəlif korrupsiya əməllərinə sövq olunmalarından şikayət edirlər.



Deyilənlərə aydınlıq gətirmək məqsəilə bir müddət əvvəl müxtəlif mətbu orqanlarında dərc olunmuş bəzi materiallardan çıxarışlara nəzər sala bilərik. Ölkənin nüfuzlu informasiya portallarından biri rayondakı mənbəyə istinad edərək yazır: “Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Soltan Əliyev infarkt keçirməsi səbəbindən hazırda xəstəxanada yatır. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata əsasən Alı Alıyev baş həkimdən təcili olaraq çox böyük miqdarda pul tələb edib. Başçı pulu yuxarılara çatdıracağını bildirib. Əks təqdirdə Alı Alıyev baş həkimdən ərizə yazmasını tələb edib. İlin sonunda icra başçısına böyük miqdarda pul verən Soltan Əliyev başçının tələbinə etiraz edib və İcra Hakimiyətinin binasını tərk etdikdən sonra infark keçirib...”



Eyni mənbəyə istinad edən agentlik daha sonra yazır: “Məlumatda həmçinin qeyd olunur ki, Alı Alıyev Fizuli Elektrik Şəbəkəsinin müdiri Hüseyn Kərimovdan da böyük miqdarda pul tələb edib. Hətta başçı təhdidini daha da ciddi göstərmək niyyəti ilə Hüseyn Kərimovun ərizəsini alıb. Aciz durumda qalan Fizuli Elektrik Şəbəkəsinin müdiri öz işçilərini Alı Alıyevin yanına minnətçi göndərib. Şəbəkəninin işçilərini qəbul edən Alı Alıyevin onları dinlədikdən sonra söyərək kabinetindən qovduğu bildirilir...”



Yenə də rayon sakinlərinin şikayət ərizələri əsasında hazırlanmış başqa bir materialda oxuyuruq: “Bu gün Füzulidə bütün gəlirli sahələr, heyvandarlıq kompleksləri və digər işlərin hamısı icra başçısının əlində cəmləşib. Bundan başqa, xaricdə yaşayan və ailəsinə pul göndərən füzulilərin də işi çətinə düşüb. Çünki icra başçısı onların da siyahısını hazırlatdıraraq, bir şəkildə ailələrindən pul qoparmağa çalışır. Məlumatlarda o da vurğulanır ki, Alı Alıyevə artıq dözülməz vəziyyətlə bağlı bir neçə dəfə hətta onun öz yaxın ətrafı da xəbərdarlıq edib. Lakin icra başçısı ona kimsənin nəsə edə biləcəyini mümkün saymayıb...”



Bu günlərdə  A.Alıyevin rayon ərazisində məskunlaşmış qaçqın ailələrinə qarşı nümayiş etdirdiyi yolverilməz münasibətindən bəhs olunur. Belə ki, Laçın rayonundan qaçqın düşmüş və Füzulinin Haramı düzü deyilən ərazisində məskunlaşmış bir qrup ailə, bu yaxınlarda RİH başçısına müraciət edərək ərazidə olan boş torpaqların əkin məqsədilə onlara verilməsini xahiş etmişlər. A.Alıyev isə bu müraciətə cavab olaraq belə demişdir: “Məndə sizə veriləsi torpaq yoxdur. Gedin Laçını ermənilərdən alın, orada da nə istəyirsiniz əkin.” 



Belə qənaətə gəlmək olar ki, özünü rəhbər təyin edildiyi rayonun torpaqlarının mütləq hakimi hesab edən A.Alıyev, həm də Azərbaycan dövlətinin, Azərbaycan ordusunun lazım gələcək anda işğal altında olan torpaqlarımızı azad edə biləcəyinə şübhə ilə yanaşır. Hər halda, öz ərazilərinin bir hissəsi də işğal altında olan bir rayona rəhbərlik edən yüksək çinli məmurun vətəndaşlara belə təhqiramiz və alçaldıcı cavabını başqa heç bir əsasla izah etmək olmur...



Mövzuya qayıdacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq...


Teqlər:
Bu xəbər cəmi 6785 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR