Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sənədi olmayan evdən vergi tələbi…

Sənədi olmayan evdən vergi tələbi…
Hökumət ildə 1.2 milyon manatı əldən buraxmaq istəmir, bəs qanun buna imkan verirmi?

Azərbaycan hökuməti əmlak, torpaq, mədən və s. vergilərin yığılması ilə bağlı islahatlar aparılacağını, vergidən yayınanların ciddi şəkildə cəzalandırılacağını açıqlayıb. "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda keçirilən seminarda kəskin açıqlamalar verilib, bu sahədə olan problemlərin aradan qaldırılması üçün praktiki addımların atılacağı qeyd edilib. 


Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib ki, bələdiyyələrin zonalar üzrə əmsallarının bölgüsündə, torpaqların təyinatının müəyyənləşdirilməsində, reklam vergisinin, mədən vergisinin, əmlakdan istifadəyə görə verginin toplanmasında problemlər var. Seminarda təklif olunan məsələlərdən biri də sənədsiz mənzil sahiblərinin vergiyə cəlb edilməsi ilə bağlı olub. Bunun üçün qanunvericiliyə, "vətəndaşlar onların xüsusi mülkiyyətində və ya istifadəsində olan mənzillərə görə vergi ödəməlidirlər" əlavəsinin edilməsi də gündəmə gətirilib. Statistik açıqlamalarda qeyd edilib ki, Bakı və Bakıətrafı ərazilərdə 550 mindən artıq sənədsiz mənzil var. Bu siyahıya yeni tikililəri, o cümlədən mənzillərdə aparılan artırmaları da əlavə etdikdə rəqəm bir qədər də arta bilər. Təxmini hesablamalara görə, sənədsiz mənzillərin ümumi həcmi üst-üstə 3 milyon kv.metr yaşayış sahəsi təşkil edir ki, bu da Bakı bələdiyyələrinin il ərzində orta hesabla 1,2 milyon manat vəsaiti itirməsi kimi qiymətləndirilir. 


 


Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, ölkədə ümumilikdə 1,9 milyon ev təsərrüfatı, şəhərlərdə isə 1 milyondan artıq mənzil olsa da, daşınmaz əmlakdan tutulan vergilərin həcmi çox azdır. Bunun səbəbi ev təsərrüfatları və mənzillərin bir qisminin qeydiyyatdan keçməməsi ilə izah edilib. 


 


Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirib ki, bələdiyyələr vergidən yayınan şəxslərlə bağlı müvafiq qaydada icra məmurlarına müraciət edib, onların imkanlarından istifadə etməlidir. "İcra sistemi və məhkəmə sistemi bizim nazirliyə aiddir. Qorxmayın, vergi toplama məsələləri ilə bağlı qarşınıza çıxacaq maneələrə görə sizi müdafiə etmək imkanlarımız var. Vergini ödəməkdən yayınan hüquqi və fiziki şəxslərlə bağlı məsələləri icraya yönəldin. Belə olan halda həmin şəxslər əməllərindən çəkinəcəklər və bələdiyyələrlə hesablaşacaqlar" - deyə M.Səlimzadə bildirib. 


 


Binəqədi sakini: "Evimin sənədini versinlər, mən də vergini ödəyim"






Bəs sənədsiz evlərdən vergi alınması ilə bağlı təklifə əhalinin münasibəti necədir? Binəqədi rayonunda yaşayan Elbrus Əliyev "Bizim Yol"a açıqlamasında bildirdi ki, 2007-ci ildən ev tikərək yaşasalar da, mənzilin sənədi yoxdur. O, qeyd edir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı dövlət başçısının müvafiq göstərişindən sonra, təxminən 2 il əvvəl bələdiyyədən kitaba oxşar sənəd gətiriblər. "Dedilər ki, bu çertyojdur, pul verib bunu çəkdirəcəksiniz, sonra sənədləşdirmə aparılacaq. Ancaq o vaxtdan bəri məsələ eləcə də qalıb. Nə gələn oldu, nə də gedən. Biz də əvvəlki qayda ilə yaşamaqda davam edirik. Yəni yaşadığımız ev sənədsizdir". Müsahib qeyd edir ki, evin sənədləşdirilməsini istəyir və yalnız bundan sonra vergi ödəməyə etirazı yoxdur. "Gətirsinlər evin sənədlərini versinlər, sonra vergi istəsinlər, mən də ödəyim. Yəni bu halda vergiyə niyə etiraz etməliyəm ki? Evimin sənədini vermirlərsə, məndən niyə gəlib pul istəyirlər? "Azenerji" gətirib işıq xətti çəkdi, sayğac qoydu, "Azəriqaz" qaz xətti çəkdi, sayğac qoydu, "Aztelekom" telefon çəkdi, nömrə verdi, hamısının da pulunu ödəyirik. Bələdiyyə, yaxud hökumət də gətirib evin sənədini versin, vergini alsınlar, biz nə deyirik ki? Yoxsa belə çıxır ki, bizim ev qanunsuzdur, bəs qanunsuzdursa, niyə rəsmi şəkildə pul - vergi tələb edirlər?" - E.Əliyev bildirir. 


 


Vəkil Əsabəli Mustafayev: "Sənədi olmayan evdən vergi alınması qanunaziddir"






Vəkil Əsabəli Mustafayev "Bizim Yol"a bildirdi ki, sənədi olmayan evlərdən vergi alınması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi hüquqa ziddir.  "Çünki qanunvericilikdə nəzərdə tutulub ki, ancaq mülkiyyətdən vergi tutula bilər. Həmin əmlak da gərək rəsmi sənədləşdirilsin ki, mülkiyyət sayılsın, ondan sonra vergi hesablansın. Bu, həm yerli, həm də beynəlxalq qanunvericiliyə ziddir. Hökumət sənəd vermədən vergi yığmaqdansa, həmin evi tanıyırsa, sökmürsə, hamısından yaxşısı sənədləşdirməkdir. Bundan sonra mükiyyət qismində tanıyıb, ona vergi tətbiq edə bilər. Bu həm də əhalinin marağındadır. Çünki hər kəs yaşadığı yerin rəsmi tanınmasını istəyir. Həm də hökumətin marağında olur ki, mülkiyyətçilərin sayı artdıqca, vergitutma obyektlərinin də sayı artır. Bu qanuni ola bilər. Bu, beynəlxalq qanunvericiliyə də uyğun gəlmir. Yəni sabah kimsə bu şəkildə vergi ödəməklə razılaşmasa və müvafiq qaydada Avropa Məhkəməsinə müraciət etsə, mülkiyyət rəsmiləşdirilmədən vergi tutulması qanunsuz sayılacaq" - deyə Ə.Mustafayev qeyd etdi. 


 


Hüquqşünas onu da əlavə etdi ki, bu məsələdə ziddiyyətli məqam da var. "Sabah həmin sənədsiz evi hökumət rəsmiləşdirmək istəməsə, tutaq ki, yüksək gərginlikli elektrik xəttinin altında, yaxud qaz boru kəmərinin üzərində yerləşməsi və s. səbəblə sökmək istəsə, onda həmin şəxsin məhkəməyə müraciət etmək hüququ yaranacaq ki, sən mənim mülkiyyət hüququmu tanımırsan. Yəni necə olur ki, vergi tutursan, amma indi sökürsən. Yəni tam ziddiyyətli və absurd vəziyyət yarana bilər. Belə ziddiyyətlər ortaya çıxmasın deyə ən yaxşı yol həmin evlərin sənədlə rəsmiləşdirilməsi və bundan sonra vergi tutulmasını tətbiq etməkdir. 


 


Ədliyyə Nazirliyinin rəsmisi nəyi etiraf edib? 






Ədliyyə Nazirliyinin rəsmisi Mehdi Səlimzadənin "İcra sistemi və məhkəmə sistemi bizim nazirliyə aiddir. Qorxmayın, vergi toplama məsələləri ilə bağlı qarşınıza çıxacaq maneələrə görə sizi müdafiə etmək imkanlarımız var" - deməsini şərh edən Əsabəli Mustafayev bildirdi ki, belə bir fikir səsləndirən adamın hüquqi savadına şübhə ilə yanaşır. "Mehdi Səlimzadə yəqin ki, praktikaya söykənərək bu sözü deyir. Praktikada belədir ki, icra orqanları, nazirliklər məhkəmənin fəaliyyətinə müdaxilə edərək, sərfəli qərarları ala bilirlər.  Düzdür, adətən həmişə deyirlər ki, icra orqanları məhkəmələrin işinə müdaxilə etmir. Amma burada məmur etiraf edir ki, onların imkanı var ki, məhkəmələrin fəaliyyətinə müdaxilə etsin və sərf edən qərarları alsın. Hesab edirəm ki, onun təmsil etdiyi orqan bu adamın dediyinə təkzib verməlidir" - deyə Ə.Mustafayev bildirdi.


 


İqbal Ağazadə: "Məhkəmə icraçıları bu məsələyə qarışa bilməz"






Millət vəkili, Ümid partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, sənədi olmayan evlərdən əmlak vergisinin alınması qanunazidd deyil. "Bu, hüquqi cəhətdən mümkündür. Bilirsiniz ki, əmlak toxunulmazlığı hüququ var. Əmlakda yaşayırsa, qaz-işıq çəkilibsə, abunəçidirsə və  kommunal xərcləri ödəyirsə, əmlak vergisini də ödəmək üçün əsaslar var. Bu həm də vətəndaşa müsbət bir şeydir. Vətəndaş gələcək illərdə məhkəmə yolu ilə evi sənədləşdirmək, adına keçirtmək istəyərsə, həmin sənədlər ona əlavə imkanlar yaradır" - deyə deputat bildirir. 


 


Mehdi Səlimzadənin dediklərinə münasibətdə İqbal Ağazadə vurğuladı ki, məhkəmə icraçıları bu məsələyə qarışa bilməz. "Hüquq birmənalı şəkildə bunu rədd edir. İcraçılar o zaman işə qarışa bilərlər ki, məhkəmənin qərarı olsun. Məhkəmə qərarının olması üçün isə Bələdiyyələrlə İş Mərkəzi, yaxud konkret bələdiyyə subyektləri məhkəməyə müraciət edərsə, vətəndaş da əlavə iddia ilə çıxış edə bilər. Yəni sənədləri olmayan evin onun adına keçirilməsi ilə bağlı iddia qaldıra bilər. Məhkəmə paralel şəkildə hər iki iddianı təmin edə bilər. Məhkəmə bir iddianı təmin edə bilməzsə, bu ona ikinci iddianı təmin etmək üçün hüquqi əsas vermir. Ona görə də mütləq burada vətəndaş üstünlük əldə edir və bundan yararlana bilər" - deyə İqbal Ağazadə bildirdi. 

Teqlər:
Bu xəbər cəmi 1655 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR