Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gəncənin yaşı dəqiqləşdi

Gəncənin yaşı dəqiqləşdi
Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncənin yaşı dəqiqləşib.


Bu barədə məlumat verən AMEA Gəncə Bölməsinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Pişnamazzadə Gəncənin yaşı ilə əlaqədar ABŞ-ın Smitson İnstitutu tərəfindən analizlərin aparıldığını bildirib. Onun sözlərinə görə, Gəncənin ən qədim hissəsi olan Zurnabad deyilən ərazidəki qala divarının daşlarını bir-birinə birləşdirən yapışdırıcı maddədən nümunə götürülərək ABŞ-ın Smitson İnstitutunun Arxeologiya və Etnoqrafiya şöbəsində kimyəvi analizə göndərilib və analizin nəticəsinə əsasən, Gəncənin 4000 il yaşının olması qənaətinə gəlinib.



Azərbaycanda Gəncənin yaşı ilə əlaqədar ilk tədqiqatların arxeoloq İsaq Cəfərzadə tərəfindən aparıldığını söyləyən S. Pişnamazzadə bildirib ki, Gəncənin yaşı ilə əlaqədar rəsmi rəy mayın əvvəlində Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda elan olunacaqdır.



O qeyd edib ki, heç bir arxeoloji əsası olmadan indiyədək Gəncənin 2500 illik tarixə malik olması əsas götürülürdü. Qədim Gəncə indiyədək tədqiqatlara cəlb edilməmişdi. Gəncənin yaşının dəqiqləşməsində məqsədlərdən biri bu şəhərin UNESKO-nun siyahısına salınmasıdır.


Teqlər:
Bu xəbər cəmi 2235 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR