Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qəbələyə əlavə polis qüvvələri cəlb edilib

Qəbələyə əlavə polis qüvvələri cəlb edilib
Rusiya hərbçilərinin Qəbələ Radiolokasiya Stansiyasını tərk etməsi ilə bağlı prosesi nəzarətə götürmək üçün əraziyə əlavə polis qüvvələri cəlb edilib. ANS-in bölgə müxbiri yerli sakinlərdən stansiya ətrafinda son günlər canlanmanın müşahidə edildiyini öyrənib.


Rəsmi Moskva isə bəyan edib ki, hazırda əmlakın Qəbələ RLS-dən çıxarılmasının parametlərinə dair danışıqlar gedir. Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviç bu gün keçirdiyi mətbuat konfrasında bildirib ki, Qəbələ RLS-in icarə məsələsi artıq bağlanıb. Müqavilənin uzadılmayacağını deyən Lukaşeviç prosesin bitməsi ilə bağlı təşkilati işlərin aparıldığını qeyd edib. “Hazırda Rusiyanın əmlakının Qəbələ RLS-dən çıxarılmasının parametrlərini müəyyənləşdirmək üçün müdafiə nazirliklərinin xətti ilə danışıqlar aparılır”, - deyə XİN rəsmisi bildirib.



Qəbələ RLS 34 illik fəaliyyətindən sonra son günlərini yaşamaqdadır. Bir həftədən artıqdır ki, daxili qoşunların 40-dan çox hərbiçisi ərazini ciddi nəzarətə götürüb. Rayon sakinlərinin sözlərinə görə, hərbçilərin burada olmasının əsas səbəbi rus hərbçilərinin və ailələrinin RLS-dən icazəsiz hər hansı avadanlıqlar aparmasının və iki ölkə vətəndaşları arasında xoşagəlməz insidentlərin qarşısını almaqdır. Əldə etdiyimiz məlumata görə, Azərbaycan və Rusiya arasında keçirilən iclasda ruslar buradan 1990-cu ildən sonra gətirdikləri avadanlıqların təhvil alınmasını müzakirə ediblər. 90-cı ilə qədər gətirilən digər avadanlıqlar isə RLS-də qalacaq.

RLS-də isə gündəlik is rejimi davam edir. Artıq Qəbələni tərk edən ruslarn sayı günbəgün artmaqdadır. Əgər əvvəllər RLS-in Qorodok istiqamətində 5-6 hərbi maşın hərəkətdə olurdusa, indi burada iki hərbi maşın görmək olur. Son 3 ayda ərazidə işləyən 600-dən çox yerli işçidən 500-ü çıxarılıb. Qalan 100-ə yaxın işçinin isə martın 1-də çıxarılması gözlənilir.



Qəbələnin Zarağan kəndi ərazisində yerləşən rusların fərdi yaşayış şəhərciyində yaşayan rus ailələri evlərinin əşyalarını yerli sakinlərə satıblar. Ərazidə olan bağça da tamamilə boşaldılıb


Teqlər:
Bu xəbər cəmi 1705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR