Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu evlərin qiyməti sizi şoka salacaq - Fotolar

Bu evlərin qiyməti sizi şoka salacaq - Fotolar


Azərbaycanda indiyə kimi satışa çıxarılan ən bahalı villalar uzun müddət medianın gündəmindən düşməyib. Ötən il 20 milyonluq villa, bu il isə 12 milyon manata satışa çıxarılan villaların kimə məxsus olması sosial şəbəkələrdə xeyli müzakirə olunub. Ancaq dünyanın satışda olan ən bahalı malikanələrinə nəzər saldıqda bu qiymətlərin o qədər də böyük olmamasının fərqinə vara bilərik. 



 



Qafqazinfo” xarici mətbuata istinadən hal-hazırda satışda olan dünyanın ən bahalı evlərinin siyahısını sizə təqdim edir: 





13. “MAISON DE LAMITIE” (Florida, ABŞ) – qiyməti 96 milyon dollar 



10 min kv/m sahəsi olan malikanənin xusisi çimərliyi, 50 avtomobil üçün qarajı, qızıl və brilliant işləməli ev əşyaları var. Evin son sahibi Donald Trump olub. 





12. “SHAKESPEARE RANCH” (Nevada, ABŞ) – qiyməti 98 milyon dollar 



Malikanə üzüm bağlarının içərisində yerləşir. 2 hovuzu və 19 qonaq otağı var. 





11. “FLEUR DE LYS MANSION” (Los Angeles, ABŞ) –qiyməti 101.5 milyon dollar 



Ştatın ən bahalı evlərindən olan malikanənin15-nin ayrıca hamamı olmaqla 27 yataq otağı var. Dünyanın ən böyük şərab zirzəmilərindən biri bu bənzərsiz malikanəninindir. 2014-ci ildə satılıb, ancaq kimə satıldığı açıqlanmayıb. Hal-hazırda isə yenidən satışdadır. 





10. “XANADU 2.0” (Vaşinqton, ABŞ) – qiyməti 123 milyon dollar 



Dünyanın ən zəngin ikinci adamı Bill Qeytsin bu məşhur evi 12 min kv/m və evin özünə xüsusi çimərliyi, hovuzunun su altı xüsusi musiqi sistemi var. 





9. “BEVERLY HILLS” (ABD) – qiyməti 135 milyon dollar 



Kennedi ailəsi, Monako Şahzadəsi, Rihanna bu evdə yaşayan məşhur simalardandır. 30 yataq otağı olan bu ikonalarla zəngin ev indi öz alıcısını gözləyir. 





8. “SHEPARD KRECH HOUSE” (Hamptons, ABŞ) – 140 milyon dollar 



Bu ay satışa çıxan malikanənin təxminən 2 min kv/m sahəsi var. 10 yataq otağı olan evin xüsusi çimərliyi də var. 





7. “SPELLING MANOR” (ABŞ) - 150 milyon dollar



Məşhur jurnalist Aaron Spellingin dəbdəbəli evinin sahəsi təxminən 10 min kv/m-dir. 





6. “HEARST MANSION” (San Simeon, ABŞ) - 165 milyon dollar 



Ledi Qaqanın kliplərindən birinin çəkildiyi bu malikanədə dünyanın ən böyük şərab zirzəmisi var. 





5. “PALAZZA DI AMORE” (ABŞ) – qiyməti 195 milyon dollar 



Rəqs meydançası, xüsusi gecə klubu, 13 yataq otağı və mükəmməl bir Los Anceles mənzərəsi olan ev bölgənin ən seçilən malikanələrindəndir. 





4. “THE PENTHOUSE” (London, İngiltərə) – qiyməti 201 milyon dollar 



Dünyanın kv/m-i ən baha olan bu ev Londonun ən gözəl mənzərəsinə sahibdir. Malikanənin şüşələri güllə keçirmir və yüksək təhlükəsizlik tədbirləri görülüb. 





3. “FAIR FIELD” (ABŞ) – qiyməti 251 milyon dollar 



39 yataq otağı, 5 ayrı hovuzu, 164 nəfərlik xüsusi kino zalı və daha nələri olmasına baxmayaraq illərdir ki, malikanənin satışı mümkün olmur. 





2. “TOUR DE ODEON” (Monako) – qiyməti 401 milyon dollar 



Xüsusi arxitekturalı hovuzu, bənzərsiz mənzərəsi ilə ev bir Avropa əfsanəsi ola bilib. 





1. “VILLA LEOPOLDA” (Fransa) – qiyməti 756 milyon dollar 



Bu da dünyanın satışda olan ən bahalı evi. 1902-ci ildə Belçika Kralı tərəfindən tikdirilib. 2008-ci ildə 500 milyon dollara alıcı çıxsa da, satış mümkün olmayıb. İnternetdə çox az şəkli olan malikanənin ətrafındakı kənd də ev sahibinə məxsusdur. 


Teqlər:
Bu xəbər cəmi 3760 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR