Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mübariz Ağayevə arxadan vurulan zərbə

Mübariz Ağayevə arxadan vurulan zərbə


Ayrı-ayrı rayonlarda məmur korpusunun özbaşınalığı nəticəsində baş verənlərlə bağlı ölkə mətbuatında kifayət qədər məqalələr dərc olunur.





Bir çox hallarda rayon rəhbərliyi səviyyəsində həyata keçirilən total qanunsuzluqlarla müşahidə edilən davranışlar əhalinin ciddi narazılığına səbəb olur. Təbii ki, bu baxımdan yerlərdəki nöqsan və çatışmazlıqları danmaq mümkün deyil. Ölkə prezidenti cənab İlham Əliyev də bir müddət öncə bu kimi hallara toxunaraq bir çox problemlərlə bağlı mətbuat vasitəsilə xəbərdar olduğunu dilə gətirməklə medianın müstəsna əhəmiyyətini qeyd etmişdir. Təbii ki, medianın bir nömrəli vəzifəsi qanunsuzluqlara güzgü tutaraq nöqsanları həm ölkə rəhbərliyinə, həm də ictimaiyyətə göstərməkdir. Amma etiraf edək ki, bəzi hallarda mətbuat da qərəzə yol verərək, heç də həqiqətə uyğun olmayan faktlara qucaq açır ki, bu da yolverilməzdir. Məhz bu kimi hallara görə vicdanlı və xalqına xidməti özünə borc bilən bəzi dövlət məmurlarının ictimai reputasiyasına zərbələr vurulur. Təəssüf hissiylə qeyd etməliyik ki, mətbuatın bu cür haqsız basqılarına məruz qalan məmurlardan biri də Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevdir. Məlumat üçün bildirək ki, Mübariz Ağayev ölkədə kifayət qədər tanınan nüfuzlu ictimai xadimlərdəndir. O, 1 sentyabr 1953-cü ildə Ucar rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya institutunu bitirib. İxtisasca texnoloqdur. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətindəəmək fəaliyyətinə başlayan Mübariz müəllim sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaişə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-cı illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-Çörək ASC idarə heyətinin sədri vəzifələrində çalışıb. 2006-2007-ci illərdə Göyçay, 2007-2012-ci illərdə Mingəçevir, 2012-2015-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli sərəncamı ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Onun Quba rayonunda həyata keçirtdiyi sosial layihələr, abadlıq-quruculuq işləri bu gün də məmnunluqla xatırlanır. Elə Göyçaya təyinat aldığı ilk günlərdən küçə və yolların abadlaşdırılmasına xüsusi diqqət ayıran Mübariz Ağayev bu əməksevərliyi ilə bir daha sübut etdi ki, Prezidentin yüksək etimadına tam layiqdir. Amma bəzi KİV-lərə ötürülən qərəzli məlumatlarla Göyçayda görülən uğurlu işlərə kölgə salınmağa çalışılır, bununla da nəticə etibarilə Mübariz Ağayevin nüfuzdan salınmasına cəhdlər göstərilir. Mövzuyla bağlı mediaya sızan məlumatlarda isə bildirilir ki, Göyçay rayonundan mətbuata ötürülən “fakt”lar əsasən bir başın məhsuludur və həmin başın sahibi heç də uzaqda olmayıb Mübariz Ağayevin öz komandasında qeyri-rəsmi yer alıb. Daxil olan məlumata görə, özünü Göyçay Rayon İcra Hakimiyyətinin “mətbuat katibi” elan edən (əslində isə RİH-lərin strukturunda “mətbuat katibi” adlı vəzifə yerli-dibli yoxdur-ideologiya.az) Arif Yusubov rayondakı məmurlardan mətbuata həqiqətə uyğun olmayan faktlar ötürür. Ardınca isə ortaya “xilaskar” obrazında çıxan “mətbuat katibi” həmin məmurlarla əlaqə saxlayaraq problemi həll etməyi üzərinə götürür – təbii ki, havayı yox. Bu yolla yerli məmurları qorxu altında saxlayan Arif Yusubov ictimai rəydə Göyçay rayonunun mənfi obrazının cızılmasına səbəb olmaqdadır. Daxil olan daha bir informasiyada isə iddia olunur ki, rayondakı hansısa məsələylə bağlı Arif Yusubovla telefon əlaqəsi saxlayan jurnalistlərin özləri də şantaja məruz qalır. Belə ki, Arif Yusubov ona verilmiş sualları cavablandırmaq, jurnalist sorğularıyla bağlı rəhbərliyi məlumatlandırmaq əvəzində jurnalistlərə “sizin səsinizi yazmışam, sizi tutduraram” kimi artıq köhnəlmiş “xox”lar gəlməyə çalışır. Bəs kimdir, bu Arif Yusubov? Bu şəxs bir vaxtların ən “parlaq” reket jurnalistlərindən hesab olunurdu. Ayda - ildə bir dəfə dərc olunan ya olunmayan qəzetlərin vəsiqələri ilə rayonları dolaşan Arif Yusubov günlərin birində necə olursa Qubada “lövbər salmalı” olur. O vaxt Mübariz Ağayev Quba rayonun icra başçısı idi və Arif Yusubov da özünü başçısın sözçüsü elan edir. Bu günə qədər də onun hansı keyfiyyətlərinə görə Mübariz Ağayev tərəfindən vəzifəyə (qeyri-rəsmi) layiq görülməsi sirr olaraq qalır. Bəzi iddialara görə, ortada hansısa şantaj mövzusu da var, amma biz bu kimi iddiaların doğruluğuna təminat verə bilmərik.(cünki cox əcaib iddialar var) Fakt isə faktlığında qalır ki, Arif Yusubov bu gün Göyçayın icra başçısı Mübariz Ağayevin bir nömrəli düşməninə çevrilib. Hər halda Göyçaydan mətbuata faktlar ötürmək və sonradan da özünü icra başçısının dostu adlandırmaq heç bir məntiqə sığmır. Mövzuya qayıdacaq və daha şok faktları diqqətinizə çatdıracağlıq.



(Anaxeber.az) 



Teqlər:
Bu xəbər cəmi 1880 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR