Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda avtomobillərin kəskin ucuzlaşması başladı- YENİ QİYMƏTLƏR

Azərbaycanda avtomobillərin kəskin ucuzlaşması başladı- YENİ QİYMƏTLƏR


Azərbaycanda avtomobil satışının kəskin azalması avto dilerləri maşınların qiymətini ucuzlaşdırmağa məcbur edib. Avtomobil şirkətlərinin əksəriyyəti qiymətləri endiriblər. Hərçənd bəzi şirkətlərin endirimləri çox cüzidir və simvolik xarakter daşıyır. Bəzi şirkətlər isə bütün modelləri  ucuzlaşdırıb. Azadinform Fins.az-a istinadən avtomobil bazarındakı ucuzlaşmanı təqdim edir.



 



«Audi»nin  bu modeli ən çox ucuzlaşdı - 18 min manat



 

«Audi Azərbaycan» bütün avtomobillərinə  endirim edir. Şirkətdən fins.az-a verilən məlumata görə, həm 2014, həm də 2015-ci il model avtomobillər ucuzlaşıb. Məsələn, “Audi RS7” 179 min manatdan 165 min manata kimi ucuzlaşıb. “Audi A 8” avtomobili 9 min manat endirimlə 106 min manata, “Audi A 6” 2 min manat ucuzlaşaraq 43 min manata satılır.  Məşhur “Audi Q7” isə 5 min manat endirimlə 83 min manata satılır.  Ən böyük endirim “Audi S7”  modelində nəzərə çarpır. Avtomobil 123 min manatdan 105 min manata qədər ucuzlaşıb.



 



2014-cü il model “Chevrolet”lər 6 min manat ucuzlaşıb



 



Azərbaycanda daha çox satılan avtomobillərdən  sırasında “Chevrolet”lər də ucuzlaşıb. Amma endirimlər yalnız 2014-cü il model avtomobilləri üçündür. Bu avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi “Performance Center”dən verilən məlumata görə, endirimlər 1000- 6100 manat arasında dəyişir. Məsələn, 4 qapılı  “Chevrolet Aveo”  müştərilərə 1000 manat endirimlə 16750 manata, “Chevrolet Cruz”  isə 1200 manat endirimlə  18 177 manata təklif edilir. Ən böyük endirim “Chevrolet”in məşhur və bahalı modeli sayılan “Camaro” modelinə aiddir – 6 min manat. Nəticədə indi “Camaro” 67300 manata yox, 61200 manata satılır.



 



“Bütün modellərdə 3%-ə kimi endirim edirik”



 



“BMW” avtomobillərinin satışında  hazırda endirim kampaniyası  yoxdur.  Bu avtomobilərin rəsmi idxalçısı “İmprotex Motors” şirkətindən bildirilib ki,  real avtomobil alıcılarına 3%-ə kimi endirim edilir. Bu isə modelin qiymətindən aslı olaraq endirimin fərqli olması deməkdir.  Məsələn, “BMW”-nin ən çox sevilən modellərindən olan “X5” 150 min manata satılırsa, bu zaman 5000 manata qədər endirim  edilir.



 



“Mercedes”lərin qiyməti  avronun məzənnəsinə görə dəyişir



 



“Mercedes” avtomobillərinin qiyməti hər gün  avronun məzənnəsinə uyğun dəyişir. Ona görə, qiymətlər hər gün düşə və ya qalxa bilər. Mersedes avtomobillərinin satış mərkəzindən verilən məlumata görə, buna baxmayaraq 2 modeldə endirim edilir. “GL 400”  və “ML” avtomobillərinə min avro endirim təklif edilir.  Hazırda “GL400” 77 min, “ML” isə 61 300 avroya satılır.



 



“Kia”lar 300-6000 manat ucuzlaşıb



 



Ucuzlaşma  Cənubi Koreya istehsalı olan avtomobillərdən də yan keçməyib. Belə ki, artıq “KİA” avtomobilləri də endirimlə satılır. Ən az endirim “Picanto” modelindədir - 300 manat. İndiyədək 12 500 manata satılan avtomobil hazırda 12 200 manata təklif edilir. “Soul” 400 manat uculaşıb (19 500 manatdan -19100 manata kimi). “Cerato”lar 500 manat(17600 manatdan -17100 manata kimi ), “Optima” 600 manat,(21500 manatdan -20900 manata kimi), “Rio” (11900 manatdan -10900 manata kimi) və  “Sportage” (22 min manatdan -21min manata kimi) 1000 manat ucuzlaşıb. “Carens” 1500 manat endirimlə 21 200 manata,  “Cadenza” modeli isə 4200 manat endirimlə 37 800 manat manata təklif edilir. Şirkət ən böyük endirimi benzin mühərrikli “Sorento” modelinə tətbiq edib. 6 min manat ucuzlaşan “Sorento” hazırda  28 800 manata satılır.



 



“Hyundai”lar 2 min manat ucuzlaşıb



 



“Hyundai” avtomobillərindən isə 3 model ucuzlaşıb. “Elantra” avtomobillərinin həm 2014, həm də 2015-ci il modellərinə 1000 manat endirim edilir. Avtomobil hazırda 17 800 manata satılır.  “İX35” və “Santa FE” avtomobillərinin isə yalnız 2014-cü il modelləri ucuzlaşıb. “İX35” 25 900 manatdan 24 900 manata, “Santa FE” isə 28 600 manatdan  26 600 manata kimi ucuzlaşıb.



 



“Jeep”in bu modeli 13 min manat ucuzlaşıb



 



“Jeep” cəmi bir modeli endirimli qiymətlə satılır. “Jeep” avtomobillərinin rəsmi təmsilçisi “Auto Azerbaijan”dan bildirib ki, benzin mühərrikli “Wrangler Unlimited” qiyməti  55 min manatdan 50 962 manata kimi endirilib.  Bu modelin dizel mühərrikli  variantı isə daha çox ucuxlaşıb - 13 min manat endirimlə 50 040 manata satılır.



 



“Volskvagen”in cəmi bir modeli ucuzlaşıb



 



“Volskvagen” brendlərinin təmsilçisi “Volskvagen Azərbaycan” isə endirimə tələsmir. Hələlik şirkət yalnız bir modelin “Polo Sedan” modelinin qiymətini 1000 manat aşağı salıb. İndi bu avtomobil 13 900 manata satılır.


Teqlər:
Bu xəbər cəmi 1320 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR