Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xaləddin İsgəndərovun rayonunda gizli qumar məkanı

Xaləddin İsgəndərovun rayonunda gizli qumar məkanı


Azərbaycan xalqına şok yaşadan məlum yanğın hadisəsi ilə bağlı hələ də daha yüksək vəzifəli şəxslərin cəzalandırılacağı gözlənilir. Bu sırada Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun da adı hallanır. Xatırladaq ki, faciənin ilk günlərində yanan binaya baş çəkməyə gələn Bənəqədi İh başçısı Xaləddin İskəndərovla zərərçəkənlər arasında mübahisə yaranıb.İcra başçısına etiraz edən vətəndaşlar onu baş verənlərdən cavabdeh biliblər. Bir bina sakini isə İskəndərova: "Yandırmısan, indi cavab ver!” deyə etirazını bildirib.

Vətəndaşın ittihamı səbəbsiz deyil. Belə ki, məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar göstərir ki, binaların ən çox təhlükəli materialla üzlənməsi Binəqədi rayonunda aparılıb. Bu da nəticə, ikinci bina məhz Binəqədidə yandı və fəsadı daha faciəli oldu. Tikinti sektorunda gedən proseslərdən kifayət qədər məlumatlı şəxslərin cumhuriyyet.az-a verdiyi informasiyaya görə, binaların sintetiq materiallarla üzlənməsinin başlıca təşəbbüskarlarından biri də məhz Binəqədinin icra başçısı Xaləddin İskəndərov olub. Hər halda, "Təmiz Binəqədi” devizi adı altında köhnə binaların təhlükəli materialla üzlənməsinə Binəqədinin liderlik etməsi bu versiyanı inandırıcı edir və böyük ehtimalla bu, Xaləddin İskəndərovu bitirəcək səbəb olacaq.

Amma "Təmiz Binəqədi” adı altındakı çirkinlər bununla bitmir. Bu dəfə Binəqədi rayonu, 7-ci mikrorayon, 1260- cı keçid, 69 a ünvanında VİP CLUB-da gizli kazino aşkar olunub. Həmin kazinoda açıq şəkildə loto oynayırlar. Bu məkanla bağlı Qafqaz Xəbər Agentliyinin yaydığı məlumatları olduğu kimi diqqətinizə çatdırırıq: "Məlumata görə həmin "lotoxana” "RİAD” Təhlükəsizlik xidmətinin əməkdaşı, bir neçə il əvvəl A.R CM-nin 234.1 maddəsi ilə məhkum olunan Vüsal Rzayev adlı şəxsə məxsusdur. Kazino fəaliyyətinə "icazə almaq” üçün Vüsal Rzayev 100 min manat verməli olub. Azərbaycanda qumar oyunları qadağan olunub, amma bu o demək deyil ki bu oyunlara maraq yoxdur. Bu maraq özünü kompüter şəbəkə oyunlarında ( onlayn kazino ) və gizli idman totalizatorlarında tapır. Sonuncunun populyar olması dövləti idman mərclərinin leqallaşdırılmasına gətirib çıxardı. Ancaq bu kommersiya fəaliyyəti dövlət nəzarəti altında olmalıdır. Biz ərazisində fəaliyyət göstərən gizli kazino ilə bağlı Binəqədi RİH ilə əlaqə saxlamaq qərarına gəldik.

Binəqədi RİH-nin ictimai-siyasi şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, gizli kazino ilə bağlı bizə heç nə məlum deyil. Azərbaycanda kazino işlətmək cinayət sayılır. Əgər media gizli kazino barədə bilirlərsə, deməli polis də məlumatlıdır. Bəs nə üçün polis əməkdaşları buna göz yumur..?  Binəqədi RPİ-nin 5-ci polis bölməsinin növbətçisi  bildirib ki, gizli kazinonun fəaliyyəti barədə bizə heç nə məlum deyil.



Sözsüz ki, İcra Hakimiyyətinin xəbəri olmadan Azərbaycanda heç bir kazino fəaliyyət göstərə bilməz. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da bildirib ki, Azərbaycanda kazino, hətta əyləncəli oyun obyekti polisin və icra hakimiyyətinin xəbəri olmadan fəaliyyət göstərə bilməz”.


Teqlər:
Bu xəbər cəmi 815 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR