Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Neft dünya bazarını necə çökdürdü?- 115-dən 45-ə...

Neft dünya bazarını necə çökdürdü?- 115-dən 45-ə...


Dünya bazarında neftin ucuzlaşmasından bir il ötür. Ötən ilin avqustunda dünya bazarında brent markalı neft ucuzlaşmağa başlayıb. Bir il öncə dünya bazarında 115 dollara satılan neft, indi 45 dollardan da aşağıdır. 







NEFT BAZARI YENİ MƏRHƏLƏDƏ…



"Qafqazinfo"nun AzadlıqRadiosuna istinadən məlumatına görə, iqtisadçı Azər Mehdiyev öz facebook hesabında neft və onun ətrafında baş verən son olaylarla bağlı yazır:



“ABŞ dünya neft bazarına zəlzələ salıb, az bir müddətdə dünyanın ən böyük neft idxalçısından ən böyük neft hasilatçısına çevrilməklə nəinki idxaldan tam imtina edib, hətta ixraca başlayıb. Dünya iqtisadiyyatının durumu neftə tələbatın azalmasına və neft bazarının daralmasına meyllidir. OPEC Səudiyyə Ərəbistanının hasilatı azalması hesabına neftin qiymətini yüksəltməyi düşünür. Görünən odur ki, bu qurumda durum çox gərgindir və neftin qiyməti düşdükcə "qızdırma" daha da yüksəlir. Düşünürəm ki, OPEC-in sonunu çatıb. Dünya neft bazarı ötən ildən yeni mərhələyə qədəm qoyub”.





Azər Mehdiyev fikirlərini aşağdakı suallarla davam etdirir:



• Rusiya OPEC-ə üzv olub həm bu qurumu xilas edə, həm də neft bazarında bu kartelin mövqeyini gücləndirə bilərmi?



• Rusiya - Səudiyyə Ərəbistanı - İran üçlüyü arasındakı maraqlar konflikti buna imkan verə bilərmi?



• ABŞ belə inteqrasiyaya imkan verə bilərmi?



NEFT ERASI BİTİB?



Azər Mehdiyevin qaldırdığı suallar ətrafında başlayan müzakirəyə iqtisadçı Natiq Cəfərli də qatılıb. Onun da fikrincə, OPEC bitib və formal bir quruma çevrilib:





“Ümumiyyətlə, neft erası bitib, neftdən siyasi alət kimi istifadə dövrü arxada qalıb. Rusiyaya dəfərlərlə OPEC-ə üzvlük təklif olunub, amma getməyib, məncə, getməyəcək də. Çünki, Rusiya kollektiv oyunçusu deyil. Ən maraqlı məqam İranın bazara qayıtmasından sonra olacaq, 2011-ci ildə, İrana qarşı embarqo sərtləşdiriləndə OPEC-dəki kvotasının böyük hissəsi Səudiyyəyə keçdi. İndi kvotalarını geri almaq üçün İran OPEC-də mühüm addımlar atacaq. Səudiyyə də bilir ki, hasilatı azaltsa, onun bazardakı payına İran və İraq girəcək. Ona görə də hasilatı azaltmaq istəmir”.



İRANIN MƏQSƏDİ BAZARDAKI PAYINI GERİ QAYTARMAQDIR…



Avqustun 24-də İranın neft naziri Bijan Zanganeh OPEC-in təcili iclas çağırmasını təklif edib. Bildirib ki, fövqəladə iclasının çağırılması dünya bazarında neftin qiymətini sabitləşdirməyə yardımçı ola bilər.



OPEC belə bir görüşün gündəlikdə olmadığını bildirib. Növbəti iclas isə dekabrın 4-dən tez nəzərdə tutulmur.



İranın da yenidən neft bazarına qoşulması, digər istehsalçı ölkələrin hasilatı artırmaq niyyətləri neftin ucuzlaşmaqda davam edəcəyini göstərir.



Neftin uculaşmasına əsas kimi aşağıdakılar göstərilir:



Amerika neft hasilatını artırır;



Dünyanın ən böyük neft istehlakçısı olan Çin istehlakı azaldır;



Səudiyyə Ərəbistanı neft bazarındakı payının az bir hissəsindən belə imtina etmək niyyətində deyil (hətta tədricən artırmaqdadır); 



Sanksiyalar götürüləndən sonra İran dünya neft bazarındakı payını artırmaqda israrlıdır (rəsmən bəyan edib); 



Rusiya neft hasilatını və satışlarını artırmağa (ən azı azaltmamağa) can atır (hərçəndki texnoloji imkanları getdikcə məhdudlaşır) iqtisadi durum onu buna vadar edir;



NEFTİN UCUZLAŞMASININ AZƏRBAYCANA TƏSİRİ…



Dünya bazarında neftin ucuzlaşması iri neft istehsalçılarından başqa, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər neft hasil edən ölkələrin də iqtisadiyyatına ciddi təsir edib. Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi hesablanarkən neftin barreli 90 dollardan götürülüb. Neft ucuzlaşandan sonra büdcə gəlirləri azaldığından bəzi layihələr ya ixtisar olundu, ya da icrası təxirə salındı.



Bu günlərdə Bakının Zığ qəsəbəsinin sakinləri su olmamasına etiraz edirdi. Həmin vaxt su idarəsinin rəsmisi deyib ki, pul qurtarıb, deyə işlər yarımçıq qalıb.



İqtisadçılar böhranlı vəziyyətdən çıxış yolunu, inhisarın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı, azad bazar mühitinin yaradılmasında görürlər.


Teqlər:
Bu xəbər cəmi 920 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR