Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mobil operatorlar konturumuzu niyə “yeyir”? – Xəbərdarlıq

Mobil operatorlar konturumuzu niyə “yeyir”? – Xəbərdarlıq


Mobil xidmətlərdən istifadə zamanı hər hansı mobil operator tərəfindən hüququ pozulan vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. 



 



Qafqazinfo” xəbər verir ki, bunu anspress-ə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar NazirliyininTənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov bildirib. Onun sözlərinə görə, mobil operator abunəçiləri xidmətlə bağlı yaranan problemlərə görə operatorun özünə, tənzimləyici orqan olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edə bilərlər. “Bundan başqa əgər abunəçilər hüquqlarının pozulduğunu düşünürlərsə, onların tam hüququ var ki, mülki qaydada məhkəməyə müraciət etsinlər”, - deyə Əlyar Təmirov əlavə edib.



Son vaxtlar mobil telefon istifadəçiləri xidmətlərlə bağlı bir çox problemlərlə üzləşdiklərini deyirlər. Vətəndaşların əsas şikayətləri hər hansı bir xidmətə qoşulmadıqları halda onların balansından müəyyən məbləğin çıxarılması ilə bağlıdır. Eyni zaman abunəçilər bildirirlər ki, hər hansı operatora zəng edən zaman qarşı tərəf cavab vermədiyi halda telefon avtomatik olaraq operatora qoşulur və balansdan 5-7 qəpik məbləğində pul çıxılır. Bu hal həm şəbəkədaxili, həm də şəbəkəxarici zənglərdə müşahidə edilir. 



Şikayətçilərin əksəriyyəti problemin hər 3 mobil operatorda müşahidə olunduğunu , amma bir mobil operatorda daha tez-tez rast gəlindiyini iddia edirlər. Onların sözlərinə görə, istənilən mobil operator abunəçiləri digər operatorun müştərisinə zəng edarkən bu halla qarşılaşırlar və danışmadıqları halda onların balansından müəyyən məbləğ çıxılır.





Abunəçilərdən birinin mobil operatorun facebook səhifəsində şikayəti



Lakin mobil operatorlar müştərinin razılığı olmadan onların hər hansı xidmətə qoşulmasının qeyri-mümkün olduğunu bildirirlər.



Hazırda fəaliyyət göstərən mobil operatorlardan ANS PRESS-ə verilən açıqlamada deyilir ki, müştərinin razılığı olmadan o, heç bir xidmətə qoşula bilməz. “Abunəçi xidmət haqqında mesaja cavab verməklə, yaxud da onlara təqdim olunan hər hansı başqa yolla xidmətə qoşula bilər.”



Bununla belə, onlar bəzən abunəçilərin balansından məbləğin çıxılması hallarının olduğunu da istisna etmədilər. “Bu cür hallar texniki problemlərlə bağlı yarana bilər. Ona görə müştəri belə hallarla rastlaşanda şirkətə xəbərdarlıq etməlidir ki, bu problemlər aradan qaldırılsın”, - deyə mobil operator nümayəndəsi əlavə edib.



Ona görə də Rabitə və Yüksək Texnologiyalar nazirliyi vətəndaşları daha diqqətli olmağa və bu cür hallarla qarşılaşdıqları zaman quruma mürzciət etməyə çağırır. Abunəçilər xüsusilə reklam mesajları gələn zaman ehtiyatlı olmalıdırlar.Hər hansı xidmətdən istifadə zamanı hüquqları pozularsa nazirliyə və eyni zamanda məhkəməyə müraciət edə bilərlər.


Teqlər:
Bu xəbər cəmi 1300 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR