Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlik avtobuslarla bağlı hərəkətə keçir

Nazirlik avtobuslarla bağlı hərəkətə keçir


Bakının sərnişin nəqliyyatı sistemində, xüsusən avtobus marşrutları ilə bağlı ciddi islahatlar aparılacaq. 



 



Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi yaxın bir ay ərzində paytaxtın sərnişin nəqliyyatı sistemini, xüsusən də avtobus marşrutlarını sahmana salmaq niyyətindədir. Nazir bu sahədə dəyişikliyə yeni kadr təyinatları ilə başlayıb.



Bir müddət öncə nazirin imzaladığı əmrə əsasən, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev vəzifəsindəna azad edilərək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsinə təyin olunub. Nazirin digər əmri ilə isə NİİM-də İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət İmanov NİİM-in baş direktoru vəzifəsinə gətirilib. Bundan əlavə, NİİM-in daha bir şöbə müdiri Ziya Bünyadzadə isə "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC-nin rəhbəri təyin olunub. Nazirlikdəki mənbələrin Trend-ə verdiyi məlumata görə, yeni təyinat alan şəxslərin qarşısına sərnişinlərin rahat şəkildə, qrafik üzrə mənzil başına çatdırılmasının təmin edilməsi məqsədilə paytaxtın avtobus nəqiyyatı sistemində baş verən anarxiyanın, sürücü öşbaşınalığının, ikrah hissi doğuran halların, avtobusların yollarda digər nəqliyyat vasitələrinin hərəkətinə yaradıqları maneələrin tam aradan qaldırılması, qayda pozuntularına yol verən sürücülərin sərt şəkildə cəzalandırılması, ictimai nəqliyyat vasitələrində təhlükəsizliyin təmin edilməsi, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin məsuliyyətlərinin gücləndirilməsi vəzifələri qoyulub.



İşlərə ilkin olaraq dayanacaqdan kənarda marşrut avtobusunu saxlayıb sərnişin götürən və ya sərnişinin dayanacaqdan kənar yerlərdə avtobusdan enməsi üçün şərait yaradan, eyni zamanda sərnişinlərlə davranışda etik normalardan kənara çıxan avtobus sürücülərinə əncam çəkilməsi ilə başlanması qərara alınıb. Avtobusların dayanacaqlarda ikinci və üçüncü sıra dayanması, avtobuslar arasındakı interval məsələləri də ciddi nəzarətə götürüləcək.



Qaydaları pozan marşrut avtobuslarının sahibləri cərimənələcək, sürücülər isə işdən uzaqlaşdırılacaqlar. Avtobus dayanacaqlarındakı texniki vasitələr də yenilənəcək. Bundan əlavə, avtobus dayanacaqlarını zəbt etmiş taksilər və digər nəqliyyat vasitələri ərazidən uzaqlaşdırılacaq, onlara qarşı ciddi tədbirlər görüləcək.



Bununla əlaqədar adıçəkilən və nəqliyyat sistemindəki digər strukturlarda qoyulan tapşırıqları yerinə yetirməyən, müasir diarəetmə üsulları ilə ayaqlaşa, işinin öhdəsindən gələ bilməyən şəxslər vəzifələrindən uzaqlaşdırılacaqlar.



Artıq qoyulan tapşırıqların yerinə yetirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Bakı Regional şöbəsinin və "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC-nin əməkdaşlarından ibarət operativ qruplar yaradılıb. Qruplar şəhərin müxtəlif ərazilərində reydlər həyata keçirirlər. Reydlərin gündəlik olaraq mütəmadi şəkildə sentyabrın 15-dək davam edəcəyi bildirilir.



NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Trend-ə bildirib ki, avqustun 19-da keçirilən reydlər zamanı sürücüləri qaydaları pozduğuna görə artıq 20 avtobus cərimə meydançasına aparılıb. Onlardan 18-i dayanacaqdan kənarda saxladığına, 2-si isə qapısı açıq şəkildə idarə edildiyinə görə cərimələniblər.



Qeyd edək ki, vətəndaşlar avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və digər neqativ hallara rastlaşdıqda, dərhal “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qaynar xəttinə (561-76-28/29), MMC-nin Nəzarət şöbəsinə (563-24-44), ən yaxın dayanacaqdakı dispetçerə və ya NİİM-in “141” Qaynar Xəttinə müraciət bilərlər.


Teqlər:
Bu xəbər cəmi 1220 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR