Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mərkəzi Bankın yeni- Qaydaları

Mərkəzi Bankın yeni- Qaydaları


Xəbər verdiyimiz kimi, Mərkəzi Bank “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” sənədini təsdiqləyib. Sənəd kredit təşkilatlarında məsuliyyətli kreditləşmənin stimullaşdırılması, bazar intizamı və şəffaflığın təmin edilməsi ilə bank sektorunda sistem riskləri, kredit portfelinin sürətli artım və konsentrasiya risklərinin azaldılmasına imkan verəcək. Eyni zamanda kredit müraciətlərinə baxan bankların müştərilərin ödəmə qabiliyyətini və kreditin təyinatını daha ciddi araşdırmasına səbəb olacaq. 



Qafqazinfo” publika.az-a istinadən vətəndaşların marağını nəzərə alaraq sənədin əsas hissəsini təqdim edir.



Kredit təşkilatlarının vəzifələri



Kredit təşkilatı bu Rəhbərliyin 3-cü hissəsində qeyd olunmuş məsuliyyətli kreditləşmə siyasətini rəhbər tutaraq aşağıdakı vəzifələri daşıyır:



Kredit sifarişi ilə əlaqədar istehlakçıdan məlumatın toplanılması və yoxlanılması;



Ödəmə qabiliyyətinin qiymətləndirilməsi;



Təyinata uyğunluğun qiymətləndirilməsi;



Qiymətləndirmə(lər)nin nəticələrini istehlakçıya açıqlanması. 



Kredit təşkilatı müştərinin müraciəti və istəyi olmadan kredit məhsullarını müştəriyə satmamalı və satış prosesi yalnız kredit təşkilatı və onun filialının hüquqi ünvanında həyata keçirilməlidir.



Kredit təşkilatı yeni kredit məhsulunu ictimaiyyətə təqdim etməzdən 10 iş günü əvvəl həmin məhsulun xüsusiyyətləri barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.



Məlumatın toplanması və yoxlanılması



Kredit təşkilatı ən azı aşağıdakı məlumatları müxtəlif etibarlı mənbələrdən (gəlirini təsdiq edən sənəd, bank hesabından çıxarış, əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, Mərkəzləşdirilmiş Kredit Reyestrinin arayışı və s.) toplamalıdır:



- gəlirin məbləği və mənbəyi;



- öhdəlikləri və xərcləri;



- kredit tarixçəsi;



- kredit məhsulunun əldə edilməsi ehtiyacı və məqsədi;



- istehlakçının yaşı və himayəsində olan şəxslərin sayı;



- gələcəkdə müştərinin maliyyə vəziyyətinə təsir edəcək gözlənilən əhəmiyyətli dəyişikliklər;



-əldə olunacaq kreditin digər borclara yönəldiləcək hissəsi.



Kreditin qiymətləndirilməsi



Kredit təşkilatı istehlakçının kredit məhsulu üzrə öhdəliklərinin vaxtında icra olunmasına, onun ehtiyac və məqsədinə müvafiq olduğuna əmin olmalıdır.



Kreditin qiymətləndirilməsi istehlakçının ödəmə qabiliyyəti və kredit məhsulunun təyinatına uyğunluğunun qiymətləndirilməsi kimi iki ardıcıl mərhələdən ibarətdir.



Kredit təşkilatı müvafiq olaraq toplanmış və yoxlanılmış məlumata əsasən istehlakçıların maliyyə vəziyyətini qiymətləndirməli və təyinata uyğun məhsullar təqdim etməlidir



Ödəmə qabiliyyətinin qiymətləndirilməsi



Kredit məhsulu verilməzdən əvvəl kredit təşkilatı istehlakçının ödəmə qabliyyətini qiymətləndirməlidir. Ödəmə qabiliyyətinin hərtərəfli qiymətləndirilməməsi istehlakçıların ödəyə biləcəklərindən artıq məbləğdə kredit götürmələri və beləliklə də, həddən artıq borclanma ilə nəticələnə bilər.



Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG əmsalından istifadə olunur. BYG əmsalı aşağıdakı düsturla hesablanır: 



Aylıq borc yükü + yeni kredit üzrə aylıq ödəmə



BYG əmsalı = ---------------------------------------------------------------- X 100%.



Borcalanın gəlirləri



Aylıq borc yükü müəyyənləşdirilərkən kredit xətləri və kredit müqaviləsində aylıq ödənişi nəzərdə tutulmayan kreditlər aylıq ödəniş annuitet qaydası ilə hesablanır.



Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestri xidmətindən alınmış məlumatlara əsasən fiziki şəxs olan borcalanın aylıq borc yükü müəyyən edilir;



BYG əmsalı 50%-dən aşağı olduqda məqbul hesab olunur.



Yəni müştərinin aylıq ödənişləri aylıq gəlirinin 50%-dən artıqdır, onda bu kredit müraciətinə imtina cavabı verilir. 


Teqlər:
Bu xəbər cəmi 1000 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR