Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

30 kəndi iflic edən Cəlilabad-Yardımlı yolu

30 kəndi iflic edən Cəlilabad-Yardımlı yolu

"Yağışlı havada bu yoldan keçən nabələdin vəziyyətini təsəvvür etmək mümkün deyil. Bu yol ölüm yoludur. Qazıb töküb gediblər, uzun müddətdir adamlar canını dişinə tutub keçir burdan".


 


Cəlilabadın Pərdi kəndinin sakinləri narahatdır. Onlar kəndin içindən keçən Cəlilabad-Yardımlı yolunun bərbad vəziyyətdə olmasından gileylənirlər.


 


"Bu yol əvvəldən də qəzalı vəziyyətdə idi. Baxımsız qaldı, bu ilin yanvarında isə tamam çökdü. İndi yolda əməlli-başlı uçurumlar yaranıb. Neçə vaxtdır eşidirik ki, düzəldəcəklər, təmir edəcəklər, hələ də dəyişiklik yoxdur" - kənd sakini Əsəd Fətullayev deyir bunu.


 


O, əkinçiliklə məşğul olur. Məhsul yığılmış yeşiklərlə dolu yük maşını ilə həftədə bir neçə dəfə qonşu rayonlara getmək üçün bu yoldan keçmək məcburiyyətindədir: "İki dəfə az qalıb maşınım aşsın. Yəni iki dəfə ölümün pəncəsindən qurtarmışam. Bir dəfə yüküm açılıb, bütün məhsullar bu yola dağılıb, zay olub".


 


Kənd sakinləri deyirlər yolun kənd ərazisinə düşən hissəsində sürüşmə prosesi getdikcə sürətlənir. Nabələd sürücülər bu yolda tez-tez qəzaya uğrayırlar. Onların dadına kənd adamları çatır və rayon xəstəxanasına çatdırır: "Gecə vaxtı, ya da yağışlı gündə çuxurlar su ilə dolu olanda buradan keçən nabələd sürücünün həyatı sual altına düşür. Bu yoldan ya yarımcan çıxacaq, ya da ölü".


 


Sakinlər deyirlər ki, təhlükənin artdığını görən aidiyyəti qurumlar alternativ yol açıblar. İş orasındadır ki, o yol da bir neçə ay ərzində bərbad vəziyyətə düşüb. Hazırda alternativ yol da çökmək üzrədir.


 


Cəlilabad Rayon İcra Hakimiyyətindən "Azadlıq"a bildirilib ki, 2008-ci ildən qəzalı yolun tikintisinə başlanılıb. Lakin yolda torpaq sürüşməsi baş verib. Bu ilin əvvəlində yolun 31-32-ci kilometrliyində 70 metrə qədər məsafə 5 metr dərinlikdə uçub. Təmir işlərinin dayandırılmasının səbəbini isə icra hakimiyyətində də bilən yoxdur. Onu da bildirdilər ki, bu barədə aidiyyəti qurumlar məlumatlandırılıb.


 


Cəlilabad-Yardımlı yolu nə az, nə çox - düz 30 kəndi birləşdirən yoldur. Bu yolun təhlükəyə çevrilməsi həmin kəndlərdə yaşayanların əkinçilik və heyvandarlıq məşğuliyyətini də əngəlləyib.

Teqlər:
Bu xəbər cəmi 885 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR