Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı Böyük Britaniya və Şimali İrlandıyanın Azərbaycandakı səfiri İrfan Siddiq ilə görüşüb.
VHP mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələri, ictimai-siyasi məsələlər və qarşıdan gələn parlament seçkiləri müzakirə edilib.
VHP sədri səfirə partiyanın fəaliyyəti və seçkilərə münasibəti barədə məlumat verib. Görüşdə VHP Ali Məclisinin sədri Rafiq Manaflı və partiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aygün Qurbanlı da iştirak edib.
Yenimeydan.info