Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat Paralimpiya, beşqat Avropa və dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda keçirilən I Avropa Oyunlarının xalqımız üçün qürurverici hadisə olduğunu Mübariz Qurbanlı İlham Zəkiyevin həm döyüşçü, həm də idmançı kimi keçdiyi şərəfli yolun hər bir gənc üçün nümunə və qürur mənbəyi olduğunu bildiurib. O, İlham Zəkiyevə Azərbaycanda ilk dəfə gözdən əlil insanlar üçün brayl əlifbası ilə nəşr edilən “Qurani-Kərim” hədiyyə edib və idmançıya 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında uğurlar arzulayıb.
İlham Zəkiyev öz növbəsində qeyd edib ki, brayl əlifbası ilə nəşr olunmuş Qurani-Kərim onun aldığı ən qiymətli hədiyyələrdən biridir.