Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yol polisi şairdən 1000 manat rüşvət istədi - ŞOK İDDİA

Yol polisi şairdən 1000 manat rüşvət istədi - ŞOK İDDİA
Açıq bazarla üzləşən Qalib Şəfahət yol polisinin qanunsuz əməllərindən şikayət edir


Redaksiyamıza Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qalib Şəfahətin şikayət məktubu daxil olub. Məktubda şair başına gəlmiş bir hadisədən danışır və Dövlət Yol Polisi əməkdaşının özbaşınalığından bəhs edir. Aktual olduğunu nəzərə alıb məktubu oxuculara təqdim edirik:



“Keçmiş “Semaşko” adlanan kilinik xəsətəxanada ağır xəstəmiz var. Həyat yoldaşımla 5 saata qədər xəstəxanada qalası olduq. Saat 24 radələrində təzəcə yola düzəlmişdik ki, «Nəsimi bazarı»nın yanında 99 YP 430 nömrəli DYP-nin «BMW» markalı maşını başımızın üstünü aldı. Bəs, deməzsinizmi, bizim maşın həbsdəymiş. Niyə? Səbəbi bəlli deyil. Sual verdim ki, axı bu gün səhər tezdən rayondan gəlmişəm, 2 dəfə yolda DYP tərəfindən saxlanılıb sənədlərim yoxlanıb, niyə onlar tərəfindən bu qanunsuzluq aşkar olunmayıb? İnspektor, polis baş leytenantı Emin Seyidov və onunla birgə bir polis leytenantı bildirdi ki, onların maşınlarına 50 min manatlıq yeni aparat qoyulub və bu aparat hər şeyi bildirir. Sonra məni xidməti maşına dəvət etdilər, maşını kilidləyib hədə-qorxu gəldilər. Gah ANS, gah da Spece kanalı ilə hədələdilər, sonra 1000 manat tələb etdilər.



Məndə o qədər məbləğin olmadığını bildirdim. 500 manata qədər endilər.



-Mən maaşla dolanıram harda o qədər pul?



Maşının qapısını bağlayıb, üstümü kəsdilər ki,  protokola qol çəkməlisən. Çəkməsən, buraxdı yoxdu (deməsinə görə maşında kamera var hamısı çəkilib).



Sonra leytenant mənim maşınımı sürdü, Dərnəgüldə yerləşən cərimə meydanına gətirdi. Söz vermişdilər ki, evə getmək üçün maşınla təmin olunacağıq. Maşını cərimə meydançasına qoydular. Biz isə Dərnəgülün ortasında qaldıq. Polis yoxa çıxdı. Mən onların hara yox olduqlarını soruşdum. Cavabları belə oldu:



-Taksi lazımdırsa, çağıraq?



Taksi gecə saat 1 radələrində bizə 20 manat oxudu. Deyəndə ki, bahadı, cavab verdi:



-Bunların da haqqı var, elə bilirsən, özbaşına gəlmişəm?



Heç olmasa bizimkilər Gürcüstan polisindən nümunə götürməlidilər. Vətəndaşın təhlükəsizliyi təmin olunmalı idi, rüşvətin yox.



Səhəri gün Bakı şəhər DYP idarəsinə yollandım. Dedilər, sənədlərim polis mayoru Zeynal Seyidovdadır. Zeynal müəllimin otağının qapısı ilə yanaşı digər  qapılar da adamlarla dolu idi. Çığıran kim, yalvaran kim.



Əlqərəz, cənab Zeynal müəllimin qəbuluna düşə bildim. Düzü, Zeynal müəllim məni gülərüzlə qarşıladı, təəccüb etdim ki, nə yaxşı? Əsas məsələyə keçdik. Zeynal müəllimin dərdi açıldı, başladı alverçi dilini işə salmağa...



-Çətindi, amma düzələ də bilər. Ya bizə 300 manat verməlisən, 300 manat da banka ödəməlisən, ya da məhkəmə yolu ilə həll olunmalıdır.



Sağ olsun məsləhət də verdi ki, polisdə məhkəmədən ucuz başa gələr. Budurmu Azərbaycan yol polisinin vəzifə borcu?



Azərbaycan Prezidentinə müraciət edirəm: Cənab Prezident, irili-xırdalı bütün məmurlar Azərbaycan qanunlarını ayaqaltı ediblər, vətəndaşlar çox əziyyət çəkirlər. Lütfən, bunlara bir əncam qılın!".


Teqlər:
Bu xəbər cəmi 1395 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR