Prezident İlham Əliyev İndoneziya dövlət başçısına başsağlığı məktubu göndərib.
"Qafqazinfo" AzerTac-a istinadən həmin məktubu olduğu kimi təqdim edir:
"Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.