Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Yeni İpək Yolu Azərbaycanın əhəmiyyətini daha da artıracaq” – Ekspert

“Yeni İpək Yolu Azərbaycanın əhəmiyyətini daha da artıracaq” – Ekspert


Müstəqil ekspert Əlabbas Məhərrəmov İran-Qərb razılaşmasının Azərbaycan üçün əhəmiyyətini dəyərləndirib. 



 



"Qafqazinfo" xəbər verir ki, ekspertin sözlərinə görə, Qərbin İranla razılığa gəlməsi Azərbaycanın beynəlxalq əhəmiyyətinin daha da artmasına imkan yaradır: 



“İranla Qərb ölkələri arasında razılaşmanın əldə olunmasınan sonra bu ölkəyə qarşı sanksiyaların aradan qaldırılması doğrudan da, regionda yeni vəziyyət yaradır. 



Əvvəllər İran-Qərb qarşıdurması bölgədə gərginliyin mövcudluğuna və hətta İrana qarşı hərbi əməliyyatlara başlamaq riskinin hər zaman yüksək olmasına gətirib çıxarmışdı. İndi bu anlaşma uzun müddət qalmış gərginliyin səngiməsinə səbəb olub.  



Sözsüz ki, Qərbin İranla razılığa gəlməsi Azərbaycan üçün də bir neçə aspektdən əhəmiyyətlidir. Cənubi Qafqazda Qarabağ və daha bir neçə münaqişənin mövcudluğu region üçün onsuz da ciddi təhlükə idi. İranla bağlı gərginliyin qalması isə bu təhlükələri daha da artırırdı. Belə bir şəraitdə bölgədə sabitliyin saxlanmasında hər zaman maraqlı olduğunu bəyan etmiş Azərbaycanın İranla bağlı razılaşmanı alqışlaması təbiidir.



Azərbaycan bu razılaşmadan ölkənin maraqları üçün faydalanmaq istiqaməində operativ addımlar atmaqdadır. Ölkənin nümayəndə heyətinin İrana səfəri və orada yüksək səviyyəli danınşıqların aparılması rəsmi Bakının reionda iqtisadi və dolayısı ilə də siyasi maraqlarını təmin etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır.



Bu çərçivədə diqqət ilk növbədə İranın enerji daşıyıcılarının dünya bazarına məhz Azərbaycan vasitəsilə çıxarılmasına yönəldilir. İranla razılaşma ratifikasiya edilərsə və bu ölkənin neft-qazının dünya bazarına Azərbaycan ərazisindən çıxarılması məsələsi müsbət həllini taparsa, bu, bizim üçün böyük üstünlük olacaq.



Digər tərəfdən, İranla kommunikasıya vasitələrinin mövcudluğu İranla əməkdaşlıq edəcək ölkələrin yükdaşıma və digər sahələrdə Azərbaycan ərazisindən istifadə etmələrini şərtləndirəcək. 



Yəni İranın Qərblə anlaşması Azərbaycan üçün böyük fayda gətirə bilər və bundan istifadə olunmalıdır. Bu əməkdaşlığa digər ölkələrin də cəlb  olunması imkanları var. Mən prezident İlham Əliyevin Yeni İpək Yolunun yaradılmasının mümkünlüyü və zəruriliyi haqda fikirlərini xatırlayıram. İran proleminin həlli bu ideyanın reallaşmasına da böyük mənada yol açır. Avropa ilə Asiyanı daha sıx şəkildə birləşdirəcək Yeni İpək Yolunun formalaşdırılması Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artıracaq”


Teqlər:
Bu xəbər cəmi 765 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR